Türkdilli ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Azərbaycan, Qazaxıstan və Qırğızıstan parlamentarilərindən ibarət müşadəçi missiyası 7 iyun 2015-ci il tarixində Türkiyədə keçiriləcək parlament seçkilərini müşahidə edəcək. TÜRKPA-dan SİA-ya verilən xəbərə görə, Milli Məclisin üzvü Nizami Cəfərovun rəhbərlik etdiyi müşahidəçilər missiyasının Yüksək Seçki Şurasının sədri cənab Sadi Güven, Konstitusiya Məhkəməsinin sədri cənab Zühtü Arslan, Türkiyənin Xarici İşlər Nazirinin müavini cənab Naci Koru ilə görüşləri nəzərdə tutulub. Seçki günü TÜRKPA müşahidəçiləri seçki prosesini və mühitini müşahidə etmək məqsədilə Ankarada bir sıra səsvermə məntəqələrini ziyarət edəcək. Türkiyədə keçiriləcək parlament seçkilərinin missiya tətəfindən qiymətləndirilməsinə dair mətbuat konfransı 8 iyun 2015-ci ildə keçiriləcək.
sia.az