PDF Oxu

Siyasət

  • 6

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının X konfransı keçirilir

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının X konfransı keçirilir

İyunun 5-də Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının X konfransı işə başlayıb.AZƏRTAC xəbər verir ki, konfransda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, təşkilatın üzvləri, media nümayəndələri iştirak edirlər.Konfransı YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev açıb.Azərbaycanın dövlət himni səsləndirildikdən sonra konfransın gündəliyi səsə qoyularaq təsdiq edilib.Təşkilatın dünyasını dəyişən üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.YAP Səbail rayon təşkilatının sədr müavini Muxtar Nağıyev IX konfransdan ötən müddət ərzində təşkilatın fəaliyyətinə dair məruzə ilə çıxış edib.Sonra məruzə ətrafında çıxışlar olub, müzakirələr aparılıb.Konfransda rayon təşkilatının sədri təsdiq olunacaq, Şura, idarə heyəti, nəzarət-təftiş komissiyasının üzvləri seçiləcək, Prezident İlham Əliyevə müraciət qəbul ediləcək.

AZƏRTAC

Digər xəbərlər