PDF Oxu

Siyasət

  • 14

"The Guardian"a Olimpiada xatırlatması

"The Guardian"a Olimpiada xatırlatması

Yaxud, Britaniyada "demokratiya rüzgarı" necə əsir?

Böyük Brtitaniyanın "The Guardian" qəzetinin Bakıda keçiriləcək I Avropa Oyunlarını boykot çağırışı, möhtəşəm idman hadisəsinə qarşı qərəzli münasibət sərgiləməsi istər-istəməz üç il öncə Londonda keçirilən Yay Olimpiadasında Brtitaniya hökumətinin öz vətəndaşlarına qarşı hansı qeyri-demokratik tədbirlər görməsini xatırlatdı.

Guya Azərbaycanda "repressiyaların", "siyasi həbslərin" olduğunu iddia edən "The Guardian"nın bu kimi dəyərsiz münasibəti isə ilk öncə belə qənaətə gəlməyə zəmin yaradır ki, əslində, burada Azərbaycanı sevməyən, ölkəmizə düşmən münasibəti bəsləyən qüvvələrin də xüsisi canfəşanlıqları mövcuddur. Və bu gün "The Guardian" heç vaxt inkar edə bilməz ki, bu nəşr məlum qərəzli məqaləsinə görə erməni lobbisindən, erməni lobbisinə işləyərək, gözlərini onların ciblərinə dikən lordlardan rüşvət almayıb, korrupsiyaya bulaşmayıb. Eyni zamanda, sapı özümüzdən olan ağıları kütləşmiş baltalar da öz yal paylarını müəyyən qaranlıq dairələrdən alaraq, "The Guardian"nın səsinə səs verməkdədirlər. Bütün bunlar öz yerində...

London Olimpiadası dövrü sahibkarlar nəyə görə Britaniya hökumətinə 30 min dollar cərimə ödəyirdilər?

İndi isə qayıdaq 2012-ci ilin yayında Londonda keçirilmiş London Olimpiadasında pərdəarxası məqamıar zamanı əsən "demokratiya rüzgarı"na. Yəni I Avropa Oyunlarına qarşı çirkin, rüsvayçı anti-təbliğat kampaniyasında canfəşanlpıq göstərən Britaniya nəşrinə yuxarıda da qeyd etdiyimiz kimi, bəzi xatırlatmalar edək.

Hələ London Olimpiadası başlamamışdan öncə, Brtitaniyada fəaliyyət göstərən böyük və kiçik sahibkarlar özlərinə hamilər axtarırdılar. Çünki ev sahibləri kimi onlar iri brendlərə öz mallarını satmaq icazəsini vermək hüququna malik olduqlarını yaxşı bilirdilər. Lakin orta və kişik Brtitaniya sahibkarları nəinki London Olimpiadası dövrü öz səmərələrini götürə bilmədilər, əksinə, bir sıra iş adamları öz ciblərindən Brtitaniya hökumətinə cərimələr ödəməyə məcbur olmuşdular. Məsələn, həmin vaxt belə bir qayda qoyulmuşdu - xırda ticarətlə məşğul olanlar heç bir halda Olimpiadanın üstünlüklərindən yararlana bilməzdilər. Belə ki, onlar, hətta bilməyərəkdən olsa belə, özlərinin reklamlarında "olimpiya", "oyunlar", "qızıl", "gümüş", "bürünc", "London" və digər bu qəbildən olan sözləri işlətsəydilər, dərhal cərimələnirdilər. Məsələn, Londonda bununla bağlı cərimə 30 min dollar təşkil edirdi və bir sıra kiçik sahibkar həmin cəriməni ödəməyə məcbur olmuşdu.

Britaniya polisi hətta evlərə daxil olmaq və eyvanda asılmış "qeyri-qanuni" Olimpiya lövhələrini yığışdırmaq hüququnu da əldə etmişdilər

Eyni zamanda, sözügedən halların yaşanması yalnız sahibkarları deyil, eləcə də demokratik amillərə də zərbəsini vurmuşdu. Məsələn, imtiyazlar təkcə yerli qanunların pozulmasına deyil, ümumilikdə söz və mətbuat azadlığı, azad sahibkarlıqla bağlı dəyərlərə kölgə salınmasına gətirib çıxardı. Belə ki, Olimpiada ərəfəsində Londonda bağlanan biznes müqavilələri paytaxtdakı reklam lövhələrinin şəhərin rəhbərliyi tərəfindən icarəyə verilməsini və ondan istifadənin yalnız Olimpiya Oyunlarının rəsmi sponsorları tərəfindən mümkünlüyünü müəyyənləşdirmiş oldu. Nəticədə bir sıra dairələr buna etiraz etdilər və onların etirazçı davranışı hüquq pozuntusu faktı kimi dəyərləndirildi. Yenə də yüksək cərimələr, hətta müvəqqəti həbslər və . Onu da deyək ki, Britaniya polisi hətta evlərə daxil olmaq və eyvanda asılmış "qeyri-qanuni" Olimpiya lövhələrini yığışdırmaq hüququnu da əldə etmişdilər. Dəfələrlə heç bir icazə sənədləri olmadan polisin vətəndaşların evlərinə girərək, axtarışlar aparmaları da məhz bu kontekstdən olub.

Vətəndaşlar raketləri mənzillərinin damlarında yeləşdirən tərəflər haqqında məhkəmələrə şikayət etsələr də məhkəmə onarın şikayətlərini təmin etməmişdi

Həmin vaxt Britaniya müxalifəti hökuməti tənqid edərək bildirirdi ki, hətta Çin Pekin Olimpiadası ərəfəsi və dövründə bu cür "təhlükəsizlik tədbirləri"nə əl atmamışdı!

Hələ bu, harasıdır? Belə ki, London Olipmpiadası ərəfəsində paytaxtın Şərq hissəsində məskinlaşmış sakinlərin evlərinin damlarında raketlər belə yerləşdirilmişdi. Vətəndaşlar raketləri mənzillərinin damlarında yeləşdirən xüsusi xidmət orqanlarından məhkəmələrə şikayət etsələr də, məhkəmə onarın şikayətlərini təmin etməmişdi. "The Guardian" nəyə görə bütün bunları qoyur bir kənara və açıq-saçıq şəkildə qərəzçilik, düşmənçilik mövqeyi sərgiləyərək, nə qədər çirkin əməl bataqlığında çabaladığının fərqinə varmır? Bu sualın cavabı bəllidir - "The Guardian"a bu, sərf etmir...

Taksi sürücülərinin etiraz aksiyasından sonra "Əks-Olimpiya" Şəbəkəsinin fəalları küçələrə çıxaraq, bir sıra tələblərdə bulunmuşdular

Biz hələ 28-29 iyul 2012-ci ildə London Olimpiadası zamanı kütləvi etiraz mitinq-yürüşü barədə yazsaq, "The Guardian" nə qədər çirkaba bulaşdığının fərqinə varacaqmı? İnanaq ki, gec də olsa, səhvə yol verdiyini etiraf edəcək adıçəkilən Brtiraniya nəşri.

Beləliklə, Londonda heç də hamı Olimpiya atmosferini yaşamayıb. Məsələn, taksi sürücülərinin etiraz aksiyasından sonra "Əks-Olimpiya" Şəbəkəsinin fəalları küçələrə çıxaraq, bir sıra tələblərdə bulunmuşdular. Yüzlərlə insanın qatıldığı aksiyalarda Olimpiya Oyunlarına pis nüfuzlu korporativ şirkətlərin sponsorluq etməsi və s. bənzər məsələlər pislənib.

Etirazçılar korporativ sponsorların "şər əməlləri" arasında belə şirkətlərin inkifaş etməkdə olan ölkələrdə ucuz əmək qüvvəsi istismar etməsini, planeti çirkləndirməsini, eyni zamanda Olimpiya Oyunlarından külli miqdarda gəlir götürmək məqsədilə sakinləri və sahibkarları Londonun bir çox rayonlarından köçürməsini sadalayırdılar. Həmin vaxt etiraz aksiyanın təşkilatçısı Culiyan Çeyn Olimpiya Oyunlarının "ali ideallardan" uzaq düşdüyünü bildirərək oyunların sponsorlarından olan "Dov Kemikal" şirkətini hədəfə almışdı. Çeyn adıçəkilən şirkətin 1984 -cü ildə 3 minə yaxın insanın ölümü ilə nəticələnmiş Bopal texnogen fəlakətinə səbəbkar olmuş Hindistan şirkətilə şərik olduğunu diqqətə çatdırmış, şirkətin Olimpiya Oyunlarını dəstəkləmək əvəzinə, Bopal qəza qurbanlarına yardım etməli olduğunu demişdi.

Bütün bunlar isə London Olimpiadası ərəfəsində və zamanında baş verən neqativ hadisələrin çox cüzi hissəsiydi ki, biz "The Guardian"a xatırlatdıq. Əgər lazım gələrsə, növbəti saylalrımızda Brtitaniyada əsən "demokratiya rüzgarının" daha növbəti fəsadları barədə yazarıq. Hələlik isə "The Guardian"da çalışaraq, korrupsiya və rüşvət çörəyi yeyənlər bir az bu yazıdan qidalansınlar. Bəlkə xeyri oldu...

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər