PDF Oxu

Siyasət

  • 6

"Gəncliyin yolu qurtuluş yoludur!"

"Gəncliyin yolu qurtuluş yoludur!"

Dünən Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı tərəfindən 15 İyun Milli Qurutuluş Gününün 22-ci ildönümü münasibətilə "Gəncliyin yolu qurtuluş yoludur!" adlı tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı dövlət müstəqilliyinin bərpasından sonra ötən qısa tarixi dövrə nəzər salıb, Azərbaycanda yaşanılan durumu xatırlatdı. O, xalqımızın 15 iyun 1993-cü ilə qədər keşməkeşli bir tarix yaşadığını vurğuladı. Həmin dövr üçün mövcud olan mühitin olduqca dözülməz, hətta müstəqilliyin belə itirilməsi ilə üz-üzə qalan zaman olduğunu bildirdi:"Ölkənin ictimai-siyasi həyatında anarxiya və xaos hökm sürürdü. Azərbaycan xalqı birləşərək, ölkəni bürümüş acınacaqlı vəziyyətə qarşı məntiqli, iradi gücünü ortaya qoyaraq Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışını irəli sürdü. Milli Qurtuluş Günü Azərbaycanı bürümüş olan fəlakətdən, xaosdan və böhrandan xilas etdi". Xalqın tarixinə iz salan 15 iyun Azərbaycanın ictimai-siyasi, mədəni həyatında hadisəyə çevrildi. Rayon təşkilat sədri xalqın təkidi və istəyi ilə hakimiyyətə gələn, qayıdışı ilə böyük nailiyyətləri Azərbaycan salnaməsinə daxil edən Ulu Öndər Heydər Əliyevin Ona etimad göstərənlərin ümidini tez bir zamanda doğrultduğunu diqqətə çəkdi.

Məlahət xanım onu da bildirdi ki, Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq ictimai həyatın bütün sahələri ilə yanaşı, sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətini mühüm vəzifəsi hesab edib. Bu səbəbdən Heydər Əliyev irsi gənclərə aşılanmalı və onlar tərəfindən öyrənilməlidir. O, gənclərə üzünü tutaraq çətinliklə əldə olunan dövlət müstəqilliyimizin qorunmasında, onun təməllərinin daha da möhkəmlənməsində vətəndaş olaraq fəallıq göstərmələrini, ən əsas isə vətəni sevib, qorumaqlarını vurğuladı. Belə tədbirlərdə gənclərin iştirakının əhəmiyyətini diqqətə çəkən rayon təşkilat sədri ölkə tarixi ilə bağlı məqamların onlara aşılanmasının vacibliyini bildirdi.

M.İbrahimqızı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, müasir dövrümüzdə ölkəmizin sosial-iqtisadi inkişafı və dünyaya inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə etdiyini bildirdi:"Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin fəaliyyətinin nəticəsidir ki, bu gün ölkəmizin dünyaya inteqrasiyası sürətlənib. Azərbaycan dinamik inkişaf edir, paytaxtımızda çoxsaylı beynəlxalq tədbirlər keçirilir. Bu gün Bakı ilk Avropa Oyunlarına hazırlaşır. Bu oyunlar Azərbaycanın Avropaya təqdimində əhəmiyyətlidir".

Tədbirdə çıxış edən millit vəkili Sevinc Fətəliyeva böyük tarixi günə nəzər salaraq, Azərbaycan dövlət müstəqilliyinin təməlinin möhkəmlənməsində Ümummilli Lider Heydər Əliyevin böyük rolunu diqqətə çatdırdı. O, qeyd etdi ki, Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsidir ki, beynəlxalq aləmdə müstəqil dövlətlər sırasında böyük bir inkişaf dövrü keçən Azərbaycanın da adı var. Bu gün Ümummilli Lider Heydər Əliyevin daxili və xarici siyasəti nəticəsində Azərbaycan dünya dövlətləri arasında böyük qürur duyur. 1992-1993-cü illərdəki ictimai-siyasi proseslərə nəzər salan millət vəkili həmin dövrdə idarəçilik sistemindəki anarxiya və özbaşınalığın nəticəsi kimi respublikanın xəritədən silinmək təhlükəsi ilə üz-üzə qaldığını vurğuladı:"Belə bir zamanda Ulu Öndər xilaskarlıq missiyasını həyata keçirdi. Xalqımızın ən yeni tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun, sözün həqiqi mənasında, Azərbaycanda tarixi hadisədir".

Tədbirdə çıxış edən millət vəkili Sevinc Hüseynova, YAP Nəsimi rayon təşkilatı gənclər birliyinin sədri Elnur Rəhimov, Nəsimi rayon Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva əldə olunmuş müstəqilliyin təməlinin möhkəmlənməsinin Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə bağlı olduğunu vurğuladılar. 15 İyun Milli Qurtuluş Gününün Azərbaycan tarixində azadlıq günü kimi qeyd olunduğu və Ümummilli Liderin müdrik siyasəti nəticəsində dövlətimizin gələcək inkişafının təməlinin qoyulduğu diqqətə çatdırıldı. Qeyd olundu ki, müasir dövrümüzdə Heydər Əliyevin siyasi kursu Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər