PDF Oxu

Siyasət

  • 6

“Səfir Avropa məmurlarının iyrənc oyununda iştiraka üstünlük verir”

“Səfir Avropa məmurlarının iyrənc oyununda iştiraka üstünlük verir”

"Yunanıstanın Azərbaycandakı səfiri köhnə səfirdir. Görünür indiki hökumətə yarınmaqdan ötrü Azərbaycandakı vəziyyəti reallıqdan uzaq kimi təsvir etmək istəyir. Görünür səfir gələcəkdə Avropa məmurlarının da diqqətini cəlb etməyə çalışır. Ona görə də bəzi Avropa məmurlarının qeyri-sağlam mənbələrə söykənərək yaydığı məlumatları tirajlamaqla məşğuldur". Bu barədə politoloq Mübariz Əhmədoğlu deyib.

M.Əhmədoğlu bildirib ki, səfir bu hərəkəti ilə siyasətə müdaxilə edib: "Elə hesab edirəm ki, Yunanıstanla Azərbaycan arasında vəziyyət gərginləşəcəksə, təkcə Azərbaycan uduzmayacaq. Yunanıstan Avropanın aparıcı dövlətlərindən biri deyil, Yunanıstan Avropanın ən borclu dövlətlərindəndir. Yunanıstanda dövlət büdcəsinin qarşısında 1-2 milyon dollar böyük əhəmiyyətə malik ola bilər. Lakin Azərbaycanla imzalanan müqavilə Yunanıstana bir neçə 100 milyon dollar gəlir gətirə bilər. Səfir öz xalqının milli maraqlarından çox Yunanıstanın daxilindəki siyasi mübarizəyə, Avropa məmurlarının iyrənc oyununda iştiraka üstünlük verir".

sia.az

Digər xəbərlər