PDF Oxu

Siyasət

  • 8

Arif Rəhimzadə: “Kimin nəyə xidmət etdiyini bilməliyik” AÇIQLAMA

Arif Rəhimzadə: “Kimin nəyə xidmət etdiyini bilməliyik” AÇIQLAMA

"Azərbaycanın inkişafı və ölkəmizdə olan əhval-ruhiyyə, dövlət-xalq arasında olan birlik bəzi qurumları razı salmır. Bu, dövlətlər səviyyəsində olan narazılıq deyil, ayrı-ayrı şəxslər, təşkilatların münasibətidir". SİA-nın məlumatına görə, bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadə Avropa Parlamentinin prezidenti Martin Şultsun Azərbaycana qarşı qərəzli mövqe sərgilməsinə münasibət bildirərkən deyib.Deputatın sözlərinə görə, Şultsu daha çox Azərbaycanın əldə etdiyi nailiyyətlərə kölgə salmaq, xalqımızın demokratik dəyərlərdən uzaq olması kimi qələmə vermək ilgiləndirir: "O, Azərbaycanda, ümumiyyətlə insan haqlarına guya əməl edilməməsi təəssüratı yaratmağa cəhd edib. Hesab edirəm ki, biz bunları gərək ciddi qəbul etməyək. Ancaq kimin nəyə xidmət etdiyini bilməliyik. Bu hadisələr Avropa Parlamenti kimi nüfuzlu bir təşkilatın obyektivliyinə kölgə salır, Avropa İttifaqı kimi qurumun qeyri-ciddi və qərəzli siyasi mövqeyindən xəbər verir".

sia.az

Digər xəbərlər