PDF Oxu

Siyasət

  • 5

Aqil Abbas: “Təqdimatımızdan çox şey asılıdır”

Aqil Abbas: “Təqdimatımızdan çox şey asılıdır”

"Artıq dünyanın müxtəlif televiziya kanallarında Azərbaycan haqında bir çox məlumatlar yayımlanır". Bunu SİA-ya açıqlamasında millət vəkilli Aqil Abbas deyib.Onun sözlərinə görə, Türkiyə, Rusiya, eləcə də Avropa ölkələrinin kütləvi informasiya vasitələrində "Bakı-2015" ilk Avropa oyunları ilə bağlı müxtəlif materiallar verilir: "Bu sahədə gənclərimiz də daha fəal olmalıdırlar. Onlar ölkəmizə gələn qonaqları, turistləri Azərbaycanın mədəniyyəti, qədim adət-ənənələri ilə tanış etməli və məlumatlandırmalıdırlar. Çünki bu günlər ərzində ölkəmizdə olan hər bir kəs Azərbaycandakı inkişafın, demokratiyanın və tolerantlığın şahidi olmalıdır. Oyunların ölkəmizdə keçirilməsi Azərbaycanın inkişaf etmiş, tolerant, müasir bir dövlət olmasının parlaq göstəricisidir. Qonaqlara Azərbaycanı istənilən səviyyədə tanıtmaq üçün bizim təqdimatımızdan çox şey asılıdır".

sia.az

Digər xəbərlər