PDF Oxu

Siyasət

  • 7

Millət vəkili Türkiyədəki seçkilərdən DANIŞDI

Millət vəkili Türkiyədəki seçkilərdən DANIŞDI

Fazil Mustafa: "Türkiyənin Azərbaycana qarşı siyasətinin dəyişəcəyi gözlənilmir"

"Türkiyədə parlament seçkiləri onu göstərdi ki, artıq bu ölkədə təkpartiyalı iqtidar dövrü başa çatır". Bu fikirləriSİA-ya millət vəkili Fazil Mustafa Türkiyədə keçirilən parlament seçkiləri ilə bağlı münasibət bildirərkən deyib.Millət vəkili proqnozlaşdıraraq qeyd edib ki, əgər təkrar seçkilər keçirilsə, təkpartiyalı iqtidar olmayacaq: "Çox güman ki, yenidən seçkilərin keçirilməsi ölkədə böhranın yaranmasına gətirib çıxaracaq. Bu baxımdan da hesab edirəm ki, bu məsələdə Türkiyə siyasətçiləri koalisiya hökumətinin formalaşması üçün qərar qəbul edəcəklər. Daha uyğun koalisiya modeli kimi AKP-MHP modelidir".Fazil Mustafa onu da istisna etməyib ki, koalisiya kimi CHP ilə də hökumət qurmaq mümkün ola bilər: "Amma AKP-CHP modelinin də baş tutması mümkün ola bilər. Hər halda dövlətin qorunması, dövlətin müəyyən böhrana girməməsi üçün koalisyaların olması mümkündür. İndidən görünən isə budur ki, heç bir partiya AKP ilə koalisyaya girmək niyyətində deyil. Bu da onu göstərir ki, azlıq höküməti ola bilər. Bu zaman azlıq hökumətinə üç partiya kənardan dəstək verməlidir. Əgər dəstək olmasa, çox çətin vəziyyət yarana bilər".Fazil Mustafa həmçinin onu da bildirib ki, arzu olunan hal olmasa da Türkiyədə vəziyyət gərgindir: "Ümideverici məsələ odur ki, hər halda legitim prezident institutu mövcuddur. Xalq tərəfindən seçilən prezidentin olması ölkədə boşluğun yaranmasına imkan verməz".Parlament seçkilərinin ölkəmizə hər hansı bir təsiri olub- olmayacağı ilə bağlı sualımızı isə millət vəkili belə cavablandırdı: "Azərbaycana bu seçkilərin heç bir təsiri yoxdur və olmayacaq. Bu məsələdə heç bir problemimiz yoxdur. Çünki Türkiyənin Azərbaycana qarşı siyasətinin dəyişəcəyi gözlənilmir".

sia.az

Digər xəbərlər