PDF Oxu

Siyasət

  • 4

Rövşən Rzayev: “Anormal düşünən insanlar mövcuddur” AÇIQLAMA

Rövşən Rzayev: “Anormal düşünən insanlar mövcuddur” AÇIQLAMA

"Ümumiyyətlə Azadlıq radiosu çox səhv yoldadır. Onlar həmişə olduğu kimi, Azərbaycanın əleyhinə, düşmən mövqedə olan qurumlara, qüvvələrə dəstək olurlar. Təbii ki, bu da çox səhv bir addımdır". Bunu SİA-ya millət vəkili Rövşən Rzayev Azadlıq radiosunun Londonda baş verənləri Bakıda axtarmasına münasibət bildirərkən deyib.Millət vəkilinin sözlərinə görə, Azərbaycan ilk Avropa Oyunları ilə böyük uğura imza atır və bütün xalq tərəfindən də dəstəklənir: "Təəssüflər olsun ki, Azərbaycana, öz vətənlərinə qarşı bu cür münasibət bəsləyən insanlar da vardır. Amma onlar heç bir uğur əldə edə bilməyəcəklər. Bakıda keçirilən ilk Avropa Oyunları Dünya Olimpiya Komitəsinin proqramına görə gedir. Azərbaycan öz oyunlarını qaydalara müvafiq keçirəcək. Onlar nə qədər çox yazsalar, bir o qədər də Azərbaycan öz potensialından istifadə edib məsələni sona çatdıracaq. Burada bizim üçün qeyri -adi heç nə yoxdur. Amma təəssüflər olsun ki, bu cür anormal düşünən insanlar mövcuddur".

sia.az

Digər xəbərlər