PDF Oxu

Siyasət

  • 10

Hikmət Babaoğlu: “Azərbaycanın dostları qalib gələcək” AÇIQLAMA

Hikmət Babaoğlu: “Azərbaycanın dostları qalib gələcək” AÇIQLAMA

"Avropa Parlamentinin üzvü olan deputatlar müxtəlif siyasi dünyagörüşü və düşüncə tərzinə malikdirlər. Onların heç də hamısı belə bir parlamentdə təmsil olunmaq məsuliyyətini dərindən dərk etmirlər. Avropa Parlamentinin prezidenti Martin Şults da belələrindəndir". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu Avropa Parlamentinin prezidenti Martin Şultsun Azərbaycana qarşı qərəzli mövqe sərgiləməsinə münasibət bildirərkən deyib.Politoloqun sözlərinə görə, Azərbaycanda ilk Avropa Oyunlarının keçirilməsi, onun yüksək səviyyədə təşkil olunması bir sıra islamafobiya düşüncə sahibi olanları qıcıqlandırır və qısqandırır. Hesab edirik ki, Martin Şults da elələrindəndir. Onların hansısa məsələni, konkret halda isə idman hadisəsini siyasiləşdirmək cəhdləri heç nəyi həll etməyəcək. Çünki Avropa qitəsində yerləşən ölkələrlə Azərbaycanın münasibətləri yüksələn xətlə inkişaf edəcək. Azərbaycan Avropanın dəyərlər sisteminin bir hissəsidir. Bu gün ölkəmiz təkcə Avropadan müəyyən dəyərləri idxal etmir, eyni zamanda Azərbaycan özünəməxsus dəyərləri Avropa qitəsinə ötürür. Azərbaycandakı tolerantlıq mühiti elə Avropanın özü üçün bir nümunədir. Hesab edirəm ki, sonda haqq-ədalət, Azərbaycanın tərəfdarları və dostları qalib gələcəklər".

sia.az

Digər xəbərlər