PDF Oxu

Siyasət

  • 11

İlk Avropa Oyunları ölkəyə turist axınını gücləndirəcək

İlk Avropa Oyunları ölkəyə turist axınını gücləndirəcək

Son dövrdə inkişaf tempini sürətləndirərək, mövcud potensialı ilə seçilən və yer qazanan Azərbaycan dünyanın aparıcı və inkişafda olan ölkələri sırasında yer qazanıb. Dövlət tərəfindən həyata keçirilən milli strategiya, yürüdülən ictimai-siyasi və mədəni mövqe məhz belə imicin Azərbaycan ətrafında yaranmasına səbəb olub. Bu uğurlar Azərbaycanın iqtisadiyyatına, sosial rifahının yüksəlməsinə gətirib çıxarıb. Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən neft və bununla bağlı imzalanan beynəlxalq sazişlər, müqavilələr dövlətin maliyyə vəsaitinin yüksəlməsinə və bunun müqabilində ölkənin bütövlükdə sferasının dəyişməsinə səbəb olub.

Azərbaycanın yüksək iqtisadi-sosial uğurlarından və əldə edilən nailiyyətlərindən danışarkən son illərdə ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması və onun ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevrilməsinin təmin edilməsi istiqamətində əldə olunan irəliləyişləri də qeyd etməliyik. Ölkənin yeraltı və yerüstü sərvətləri, mövcud iqlimin olması Azərbaycanda turizmi üçün lazımi şəraitin olduğunu göstərir. Qeyri-neft sahələrinin yüksəlişi ilə davamlı iqtisadi inkişafın təmin edilməsi müasir dövrdə ölkəmizdə qarşıda duran mühüm vəzifədir.

Bu gün Azərbaycan saysız turistləri qarşılamaq və lazımi səviyyədə yerləşdirmək imkanına malik olan turist ölkəsidir. Müasir dövrümüzdə Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri və hotellər dünya standlartlarına uyğun qurulub. Turizm sahəsində beynəlxalq standartlara cavab verən mehmanxanalar tikilib, ölkəyə bir sıra aparıcı beynəlxalq investisiya şirkətləri cəlb olunub, respublikamıza gələn turistlərin sayı artıb. Yeni turizm zonaları yaradılıb. Müasir dövrümüzdə turizmin inkişafını vurğulayarkən ölkəmizdə dünya standartlarına cavab verən beşulduzlu, dördulduzlu mehmanxanaların olmasını qeyd etməliyik. Bu otellərin qısa bir zamanda istifadəyə verilməsi dünyada analoqu olmayan bir hadisədir. Bununla yanaşı, ölkəmizdə turizm mərkəzləri yaradılıb. Son illərdə Bakıda brend şəbəkələrə aid bir neçə beşulduzlu hotelin açılması Azərbaycanda turizmin inkişafına göstərilən diqqətin bir nümunəsidir. Bu gün "Four Seasons", "Fairmont", "Mariott", "Hilton", "Kempinski", "Jumeirah", "Sheraton", "Hyatt", yəni dünyanın səkkiz aparıcı hotel brendi Bakıdadır. Belə brendlərə yalnız dünyanın ən inkişaf etmiş şəhərlərində təsadüf olunur. Bu yaxındarda Bakıda "İnturist" hoteli də istifadəyə verildi. Bakıda beşulduzlu hotellərin sayı durmadan artır. Təbii ki, belə hotellərin inşası Azərbaycana gələn turistlərin marağının artmasına səbəb olacaq. Son illərdə Azərbaycana gələn turistlərin sayının artması və yeni hotellərin açılışı ölkəmizin dinamik inkişafını göstərir.

Onu da qeyd edək ki, paytaxtımızla yanaşı, hazırda bölgələrdə ən müasir səviyyədə hotellər inşa olunub. Şimal-qərb zonasında- Şamaxıda, Qəbələdə, Şəkidə, Qubada və başqa məkanlarda müasir tələblərə cavab verən otellər inşa edilib. Bütün bunlar Prezident Cənab İlham Əliyevin rəhbərliyi ilə, ölkə həyatının digər sahələri kimi, turizm sektoruna da ayırdığı diqqətin nəticəsidir. Dövlətin bu sahəyə diqqət və qayğısı qeyd etdiyimiz kimi, paytaxtla yanaşı bölgələrdə də mühüm layihələrin icrasına, ən müasir dünya standartlarına cavab verən turizm obyektlərinin, hotel və istirahət mərkəzlərinin inşasına zəmin yaradır.

Ölkəmizdə turizmin inkişafı üçün bütün imkanlar vardır. Gözəl təbiəti, gözəl havası olmaqla yanaşı, ölkəmizdə sabitlik, təhlükəsizlik hökm sürür. Azərbaycanda yol, nəqliyyat və digər infrastrukturun müasirləşdirilməsi turizmin inkişafına yol açıb. Görülən işlər bizə deməyə əsas verir ki, Azərbaycan bənzərsiz turizm imkanları ilə dünyanın diqqət mərkəzində hər zaman olacaqdır.

Qeyd edək ki, I Avropa Oyunları ölkəmizin turizm potensialının təbliğinə də böyük imkanlar açacaq. Bu gün Bakıda keçiləcək ilk Avropa Oyunları zamanı qonaqları qarşılamaq və yerləşdirmək üçün Azərbaycanın imkanları genişdir. Şəhərimizə gələn idmançı və qonaqlar şəhərimizin gözəl, füsünkar gözəlliyi ilə tanış olacaq, buranın əsl turizm məkanı olduğunun şahidinə çevriləcəklər. Təbii ki, Avropa Oyunlarından sonra ölkəyə turist axını güclənəcək. Dünyanın 93 ölkəsinin televiziya vasitəsilə yayımlanacaq Avropa Oyunlarını 1 milyarddan artıq tamaşaçı izləyəcək, oyunlar zamanı turizm potensialımızla bağlı reklam çarxlarının da yayımlanması bu marağı daha da yüksəldəcəkdir.

Azərbaycan tarixinə yazılacaq ilk Avropa Oyunları yaxın gələcəkdə turizminin inkişafına öz təsirini göstərəcək. Şəhərimizə gələn, yaxud efir vasitəsilə şəhərimizi, ümumilikdə Azərbaycanın mənzərəsini görən, seyr edən kəs bu möhtəşəmliyə etinasız qala bilməz. Azərbaycanda olmaq, onun təbiətini duymaq Azərbaycan turizminin inkişafına yeni imkanlar açacaq.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər