PDF Oxu

Siyasət

  • 14

Məhəmməd Əsədov: “Azərbaycan bundan böyük qürur hissi duyur” MÜNASİBƏT

Məhəmməd Əsədov: “Azərbaycan bundan böyük qürur hissi duyur” MÜNASİBƏT

"I Avropa Oyunlarının məşəlinin Azərbaycanın bütün regionlarında, o cümlədən də paytaxt Bakıda yandırılması ölkəmizin dünyada tanıdılması və dəyərlərinin təbliği üçün mühüm addım oldu. Biz Azərbaycan gəncliyi, tərəqqi və inkişaf yolunda addımlayan gənclər bundan böyük qürur hissi duyur, bununla fəxr edirik". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının Gənclər Birliyinin sədr müavini Məhəmməd Əsədov I Avropa Oyunları ilə bağlı açıqlamasında deyib.Sədr müavini qeyd edib ki, bütün dünya ölkələri bir daha Azərbaycanın sülhsevər, tolerant və dinamik inkişaf edən ölkə olduğunu gördü: "Qısa zaman kəsiyində Azərbaycan I Avropa Oyunlarına hazırlığı ən yüksək səviyyədə həyata keçirərək ölkəmizin gücünü sərgiləmiş oldu. Bu, təkcə idman tədbiri deyil. Həm də Azərbaycanın dünyada nüfuzunu, yerini, rolunu sübut edə biləcək möhtəşəm tədbirdir. İnanırıq ki, ölkəmiz Avropa idman tarixinə öz adını qızıl hərflərlə həkk edəcək, öz modelini göstərəcək. Həmçinin ölkəmizdə müəyyən olunan model və standartlar gələcək oyunların hər biri üçün nümunə ola biləcək".Məhəmməd Əsədov həmçinin onu da qeyd edib ki, təcrübələrə əsasən bu cür beynəlxalq yarışlar ölkəyə turizm axınını sürətləndirməklə mühüm iqtisadi göstəricilərin artmasına gətirib çıxaracaq: "Bakıya gələn hər bir xarici qonaq, turist xalqımızı, adət-ənənələrimizi daha yaxından tanıyacaq, öyrənəcək. Bu da ölkəmizlə bağlı dünya ictimaiyyətinin təəssüratının daha düzgün formalaşmasına töhfə verəcək".

sia.az

Digər xəbərlər