"Hesab edirəm ki, Azərbaycana yaxın olan dost dövlətlərin hansılar olub-olmaması təkcə siyasi elitanın bu məsələyə yanaşması deyil". Bunu SİA-ya millət vəkili Rasim Musabəyov deyib."Mən uzun müddət Azərbaycanda sorğular aparmışam. O sorğuların nəticələrində birmənalı şəkildə Azərbaycanın dostu kimi Türkiyə göstərilirdi. İkinci yerdə isə Rusiya dövləti dayanırdı. Ancaq 1-2-ci yer arasında çox böyük məsafə var idi. Hətta biz onların arasından Azərbaycana təhlükə mənbəyi olan dövləti də soruşurduq. Rusiya 2-3-cü dövlət kimi dostla yanaşı bir təhlükə mənbəyi kimi də göstərilirdi. Nəhayət Azərbaycanın üçüncü dost ölkəsi kimi Gürcüstan qeyd edilirdi. Hər halda mən Türkiyəni, Gürcüstanı və Qazaxıstanı söyləyərdim" – deyə, R.Musabəyov fikrini tamamlayıb.
sia.az