PDF Oxu

Siyasət

  • 16

Əflatun Amaşov: “Geridəqalmış ölkələr Azərbaycana “qara” yaxır” AÇIQLAMA

Əflatun Amaşov: “Geridəqalmış ölkələr Azərbaycana “qara” yaxır” AÇIQLAMA

"Sərhədsiz Reportyorlar"ın tərtib etdiyi hesabatlarda guya Azərbaycanda söz azadlığının olmaması, insan haqlarının pozulması ilə bağlı həqiqətə uyğun olmayan "faktlar"ı mediada tirajlaması adi hala çevrilib. Biz artıq bunu təbii qarşılayırıq". Bunu SİA-ya Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.MŞ sədrinin sözlərinə görə, uzun müddətdir ki, ayrı-ayrı jurnalist təşkilatları hesabatlar tərtib edərkən bilərəkdən Azərbaycanın adını kifayət qədər aşağı cərgələrə salırlar: "Ümumiyyətlə söz və mətbuat azadlığının olmadığı Əfqanıstan, ABŞ və bir sıra geridə qalmış ölkələr Azərbaycanı qara müstəvidə göstərirlər. Hesab edirəm ki, bütün bunlar ölkəmizə qarşı olan ikili standartın bariz nümunəsidir. Hətta Azərbaycanda mühüm hadisələr baş verərkən bu cür "qara-piar" kampaniyası aparırlar".

sia.az

Digər xəbərlər