"Arif Hacılının ABŞ səfiri ilə nəyi müzakirə etməsini dəqiq bilməsəm də, onu deyə bilərəm ki, bu adam öz şəsxi mənafeyi üçün kiminlə istəsən əlaqə qura bilər". Bu fikirləri SİA-ya Azərbaycan Demokratiya və Rifah hərəkatının (ADR) İdarə heyətinin üzvü Səxavət Əlisoy Müsavat partiyasının başqanı Arif Hacılının ABŞ-ın Azərbaycandakı səfiri Robert Cekuta ilə görüşməsinə münasibət bildirərkən deyib.Səxavət Əlisoy qeyd edib ki, Arif Hacılı indi də xarici ölkə səfirlərindən mandat istəyir: "Təkcə özü deputat seçilmək üçün nəinki xarici dövlətlərdən dəstək almağa çalışır, hətta onlara yalvarır. Çünki o populizmə o qədər vurğundur ki, 22 il əvvəl içkili vəziyyətdə tərk etdiyi parlamentin tribunasına yenidən qayıtmağa çalışır. Bunun üçün də olub-qalan bəzi dəyərlərini fəda etməyə hazırdır".
sia.az