PDF Oxu

Siyasət

  • 17

Avropa Oyunları bütün dünya üçün yenilikdir

Avropa Oyunları bütün dünya üçün yenilikdir

Giorgi Danelia: "İlk Avropa Oyunlarının qonşu ölkədə baş tutması təkcə Azərbaycanı yox, eyni zamanda Qafqazı dünyaya tanıdır"

Gürcüstanda fəaliyyət göstərən "Borçalı, irəli!" İctimai Birliyinin təşkilatçılığı ilə Gürcüstan Dövlət-Texniki Universitetində "Bakı-2015" ilk Avropa Oyunlarına həsr olunmuş aksiya keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən "Səs" qəzetinə verilən məlumata istinadən aksiyanın əsas məqsədi "Bakı-2015" Avroa Oyunlarını ali təhsil müəssisələrində təhsil alan gürcü və xarici ölkə tələbələrinə tanıtmaqdır.

Möhtəşəm idman yarışı barədə gənclərə məlumat verən "Borçalı, irəli!" İctimai Birliyinin sədri Məhəbbət İmanov "Bakı-2015" ilk Avropa Oyunlarının dünyada sülhün və inkişafın tərənnümü olduğunu deyib. Bildirib ki, Avropa Oyunlarının, eləcə də 2012-ci ildə "Avroviziya-2012" Mahnı Müsabiqəsinin, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda təşkili ölkəmizin suveren, tolerant və demokratik inkişaf yolunda qazandığı uğurların göstəricisidir. Azərbaycandakı bu inkişafdan qürür duyduqlarını deyən Borçalı gəncləri əminliklə qeyd edir ki, "Bakı-2015" ilk Avropa Oyunları idman tarixinə qızıl hərflərlə yazılacaq.

Tbilisi Dövlət Universitetinin tarix fakültəsinin 4-cü kurs tələbəsi Giorgi Danelia Bakıda keçiriləcək Avropa Oyunlarının bütün dünya üçün yenilik olduğunu deyib. Onun sözlərinə görə, bu əlamətdar hadisənin qonşu ölkədə baş tutması təkcə Azərbaycanı yox, eyni zamanda Qafqazı dünyaya tanıdır.

Universitetin etnologiya fakultəsinin 4-cü kurs tələbəsi Vasiq Rexviaşvili isə ilk Avropa Oyunlarının Bakıda keçirilməsini Azərbaycanın böyük qələbəsi hesab edib və bu yolda ölkəmizə uğurlar arzulayıb.

NƏZAKƏT

Digər xəbərlər