PDF Oxu

Siyasət

  • 22

Gənclər etiraz aksiyası keçiriblər

Gənclər etiraz aksiyası keçiriblər

Bu gün Azərbaycan gənclər təşkilatlarının bir qrup təmsilçiləri Avropa ittifaqının Azərbaycandakı nümayəndəliyi və Böyük Britaniya səfirliyi qarşısında Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələrin keçirilməsinə etiraz əlaməti olaraq aksiya keçiriblər. SİA-nın məlumatına görə, aksiya iştirakçıları Avropa İttifaqını ikili standartlardan əl çəkməyə çağırıblar.Aksiya iştirakçıları əllərində "Avropa İttifaqına ar olsun!", "Azərbaycandan əl çəkin!", "Vətəndaş cəmiyyəti ikili standartlara "yox" deyir!", "İdmanı siyasiləşdirməyin!", "Üzdə dost, arxada düşmən olmayın!" və başqa şüarlar yazılan plakatlar qaldırıblar.İştirakçılar Aİ-nin Azərbaycana qarşı mövqeyinin qərəzli olduğunu dilə gətirərək, onların Azərbaycana qarşı apardığı "qara-piar" kampaniyasına etirazını bildiriblər.Sonra aksiyanın qətnaməsi oxunub. Qətnamə Aİ nümayəndəliyinə təqdim edilib.Daha sonra aksiyaya polis müdaxilə edib və qarşısı alınıb.

sia.az

Digər xəbərlər