"I Avropa Oyunları kimi tarixə düşəcək bir yarışın Azərbaycanda keçirilməsi və bu oyunlara hazırılıq işlərinin çox yüksək səviyyədə başa çatdırılması ölkəmizi istəməyən qüvvələri son vaxtlar daha da fəallaşdırıb". Bu sözləri SİA-ya millət vəkili Rauf Əliyev açıqlamasında deyib.
Onun sözlərinə görə, bu qüvvələr çox yaxşı başa düşürlər ki, oyunların yüksək səviyyədə keçirilməsi Azərbaycanın dünyadakı nüfuzunu daha da artıracaq və ölkəmizin nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirəcək: "Yarışlarda iştirak edən idmançılar, nümayəndə heyətlərinin üzvləri, turistlər əyani surətdə Azərbaycanda əldə olunmuş naliyyətlərlə, real vəziyyətlə tanış olacaqlar. Bundan başqa dünyanın aparıcı tele-kanalları Azərbaycan həqiqətlərini bütün dünyaya yayımlayacaq. Məhz bu səbəbdən də anti-Azərbaycan qüvvələr nəyin bahasına olursa- olsun ölkəmizin imicinə kölgə salmağa cəhd göstərirlər. Avropanın və ABŞ-nın insan hüquqları və demokratiya sahəsindəki ixtisaslaşmış qurumları, Avropa Parlamentinin, Avropa Şurasının və Avropa Birliyinin bəzi qurumları tərəfindən Azərbaycana qarşı hücumlar daha da güclənir. Avropa Parlamentinin Azərbaycanda I Avropa Oyunlarının keçirilməsi ilə bağlı "İdman və insan hüquqları" mövzusunda dinləmələr aparması Azərbyacana qarşı aparılan qaralma kapaniyasının tərkib hissəsidir. Bu dinləmələrin ideya müəllifləri Avropa Parlamentinin sədri Martin Şults və onun müavini Avropa Yaşıllar Partiyasının üzvü Ulrike Lunarçek idi. Ancaq "yaşılların" nümayyəndələri, habelə Birləşmiş Sollar qrupu Avropa naminə liberallar və demokratlar Alyansı təklif ediblər ki, təkcə dinləmələrlə kifayətlənmək olmaz, həm də Azərbaycana dair xüsusi qətnamə qəbul etmək lazımdır. AP-nin Prezident komitəsində müzakirələr zamanı bu təklif qəbul edilməyib. İyunun 8-də "Yaşıllar qrupu" yenidən Azərbaycana dair qətnamənin qəbuluna dair təşəbbüs irəli sürüb və bu məsələyə dair səsverməyə israr ediblər. Müzakirələr zamanı Ulrike Lunarçek və Birləşmiş Solların nümayəndəsi Mari- Kristian Verjia Azərbaycana qarşı ittihamlarla çıxış ediblər. Leyla Yunusun azadlığa buraxılmasına çağırıblar. Lakin Avropa Parlamentindəki anti-Azərbyacan qruplaşması iflasa uğrayıb. Səsvermə zamanı səsələr tən yarıya bölünüb, 136 paramentari qətnamənin qəbulunun lehinə, 136 parlamentari isə əleyhinə səs verib. Reqlamentə uyğun olaraq səslər yarıya bölündüyündən təklif qəbul edilməyib. Beləliklə, Azərbaycana qarşı daha bir qaralama kanpaniyası uğursuzluğa düçar olub. Bu da onu göstərir ki, Azərbaycan gücləndikcə, benəlxalq aləmdə nüfuzu artdıqca tədricən Avropada da kimin haqlı kimin haqsız olduğunu başa düşməyə başlayıblar".
R. Əliyev söyləyib ki, anti- Azərbaycan qüvvələr öz çirkin məqsədləri üçün böyük bir idman bayramından siyasi alət kimi istifadə etməyə cəhd göstəriblər: "Çox maraqlıdır ki, üzdəniraq hüquq mühafizəçiləri insan hüquqlarından danışarkən niyə görə öz doğma ata-baba yurdlarından qovulmuş bir milyondan artıq Azərbaycan vətəndaşının hüquqlarını yada salmırlar? Nəyə görə Avropa Parlamenti Ermənistan dövlətinin qonşu Azərbaycanın ərazisini işğal etməsini pisləyən, onu təcəvüzkar bir dövlət kimi tanıması məsləsini müzakirəyə çıxarmır? Çünki bu qüvvələr əksinə Ermənistanın təcəvüzkar siyasətini gizlətmək, ona don geydirmək üçün daima çalışırlar ki, Azərbaycanla Ermənistanı eyniləşdirsinlər. Azərbaycana qarşı yeni-yeni qondarma ittihamlar irəli sürməklə Azərbaycanla Ermənistanın mövqelərini bərabərləşdirməyə çalışırlar. Aydındır ki, məqsəd Bakıda keçriləcək belə bir möhtəşəm idman tədbirinin Açılış günü ərəfəsində bu mötəbər yarışın keçirilməsinə, ümumilikdə Azərbaycanın imicinə kölgə salmaqdır. Ancaq bu cəhdlər indiyə qədər boşa çıxıb və bundan sonra da boşa çıxacaq".
Millət vəkili qeyd edib ki, Azərbaycan həmişə əməkdaşlıq etdiyi bütün ölkələrlə o cümlədən Qərb dünyasını təmsil edən dövlətlərlə münasibətini müstəqil sürətdə qarşılıqlı anlaşma və faydalı prinsipləri əsasında qurmağa çalışıb və bundan sonra da belə olacaq: "Ancaq Qərb dövlətləri Azərbaycanla münasibətlərini öz məqsədlərinə uyğun, öz istəkləri formada qurmağa çalışırlar. Göstərilən təzyiqlərin əsas səbəbi elə budur. Lakin bütün bu anti-Azərbaycan kompaniyalarının heç bir nəticəsi olmayacaq. Çünki Azərbaycan prezident İlham Əliyevin müəyyənləşdirdiyi müstəqil, ölkəmizin milli maraqlarına cavab verən siyasəti ilə daha da inkişaf edəcək və bütün sahələrdə yeni-yeni uğurlara imza atacaq. Birinci Avropa Oyunları Bakıda yüksək səviyyədə keçriləcək və tarixə qızıl hərflərlə yazılacaq".
sia.az