PDF Oxu

Siyasət

  • 10

Niyaməddin Orduxanlı: “Bunlar müstəqil siyasətimizə basqıdır" AÇIQLAMA

Niyaməddin Orduxanlı: “Bunlar müstəqil siyasətimizə basqıdır" AÇIQLAMA

"Hesab edirəm ki, bu, nəinki Azərbaycan gəncliyinin, eləcə də bütün Azərbaycan xalqının etirazıdır". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı Avropa Parlamentində Azərbaycanla bağlı keçirilmiş dinləmələrə münasibət bildirərkən deyib.BAXCP rəsmisinin sözlərinə görə, bu gün Azərbaycan xalqı prosesləri izləyir və buna kəskin etirazını bildirir: "İdman oyunları bir vasitə ola bilməz. Azərbaycan dövlətinə qarşı təzyiq edilməsi üçün bu, Qərbin, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in və digər təşkilatların əlində vasitəyə çevrilməməlidir. Azərbaycan öz müstəqil siyasətini aparır və bu siyasəti də davam etdirəcək. Biz qəti şəkildə Avropa Parlamentində Azərbaycanla bağlı keçirilmiş dinləmələrə etiraz edirik. Heç bir halda Azərbaycan öz müstəqil siyasətindən geri çəkilməyəcək. Bütöv ölkə toplumu düşünür ki, bütün bunlar müstəqil Azərbaycan siyasətinə qarşı olunan bir basqıdır".N.Orduxanlı əlavə edib ki, bu etirazlar təbii qarşılanmalıdır: "Hesab olunmalıdır ki, Azərbaycanın bir milyondan artıq insanının yaşam hüququ əlindən alınıb. Nəinki öz evində yaşamaq, heç öz obasına gedə bilmir. Ancaq təəssüflər olsun ki, bu günə qədər də həmin ölkələrin susur".

sia.az

Digər xəbərlər