PDF Oxu

Siyasət

  • 10

İFEX ABŞ xüsusi xidmət orqanlarının media vassalıdır

İFEX ABŞ xüsusi xidmət orqanlarının media vassalıdır

İFEX haqqında...

Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsinin (İFEX) dünyanın bütün qütblərində yerləşən jurnalist təşkilatlarına və insan hüquqlarının müdafiəsi üzrə ixtisaslaşmış QHT-lərə müraciət etməsi, onları I Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə qarşı Twitter kampaniyasına qoşulmağa çağırması özlərindən "demokratiya hamisi" obrazı yaratmış dövlətlərin və onların ayrı-ayrı əlaltılarının əsl simasını bir daha nümayiş etdirmiş oldu. Öncə İFEX təşkilatı haqqında... Bu təşkilat kimə və nəyə xidmət edir? Qeyd edək ki, İFEX 1992-ci ildə Kanadanın Monreal şəhərində təsis edilib. Təşkilatın mərkəzi ofisi Torontoda yerləşir və "İFEX heyəti" adlandırılan şəxslər tərəfindən idarə olunur. İFEX-in yaradılması həmin tarixə düşürdü ki, ABŞ Amerika materikində yerləşən bütün dövlətlərdə özlərinin humanitar, hüquq və mətbuat sahələrini əhatə edən xüsusi institutlar yaradırdı. Hətta İFEX yeni yaradılanda bu təşkilatın idarə heyətində təmsil olunan şəxlsər rəssamlar, aktyorlar, yazıçılar, musiqiçilər, hüquq müdafiəçiləri və alimlər idi.

Daha sonra isə, konkret desək, 2011-ci ildə İFEX-in açıqladığı hesabat bu qurumun ABŞ-a xidmət etdiyini bir daha təsdiqləmiş oldu. Çünki həmin hesabat hazırlanan vaxt ABŞ siyasi məhbusların ən çox olduğu və insan hüquqlarının daha kobud şəkildə pozulduğu əsas ölkə idi. Ancaq buna baxmayaraq bu hesabatlarda ABŞ haqqında "tərif" dolu informasiyalar yer almışdı.

Bundan əvvəl isə, İFEX-in Tunis Monitorinq Qrupunun (İFEX-TMG) 2004-cü ildə apardığı kampaniya nədənsə sırf müsəlman ölkələrini əhatə etmiş oldu. Maraqlısı odur ki, monitorinq qrupunun bu kampaniyası ABŞ-ın müsəlman ölkələrinə hərbi təcavüzü ilə eyni vaxta düşürdü. Hətta İraq və Əfqanıstnla bağlı müsəlmanların çəkdikləri məşəqqətlər deyil, guya ABŞ əsgərlərinin hüquqlarının müsəlman ölkələrində pozulması kimi absurd məlumatlar hazırlanırdı.

Daha sonrakı proseslər də göstərdi ki, İFEX ABŞ xüsusi xidmət orqanlarının əlində alətdir. Daha doğrusu, 1992-ci ildə ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən və üzvləri "MKİ"çilər olan təşkilatdır. Bu, ABŞ-ın köhnə taktikasıdır. Hansı dövlətə qarşı məkrli niyyətini həyata keçirmək istəyirsə, öncə "hüquq müdafiəçiləri", "söz azadlığı" adı altında fəaliyyət göstərən bu tip qurumlara "yaşıl düymə" yandırır.

İFEX-in korluğu

"ABŞ-da 500 nəfərin öldürülməsini bu təşkilat niyə görmür?"

Əgər bu gün insan hüquq və azadlıqlarından söhbət gedirsə, o zaman nə üçün İFEX qonşuluğunda yerləşən dövlətdə-ABŞ-da baş verənlər haqqında bir cümlə ilə belə çıxış eləmir? Məsələn, konkret faktlara keçək. "Guardian" qəzeti öz araşdırmaları nəticəsində yazıb ki, 2015-ci ildə ABŞ-da polis əməkdaşları tərəfindən öldürülənlərin sayı 500 nəfərə çatıb. Nəşrin qeyd etdiyinə görə, ilin axırınadək öldürülənlərin sayı 1000 nəfərə çata bilər. Onlardan 49,6%-i ağdərili, 28,2%-i qaradərili, daha 14,8%-i latın amerikalılar olub. Öldürülənlərin əksəriyyəti (95,2%) kişilər olub, onlardan 21%-nın üstündə silah olub. Son on il ərzində ABŞ-da polis əməkdaşları min dəfə vətəndaşlara atəş açsalar da, cinayət məsuliyyətinə cəmi 54 dəfə cəlb ediliblər. Və yaxud son günlərdə ABŞ öldürülən onlarla qaradərili vətəndaşın hüquqlarını görməyəcək dərəcədə kordurmu İFEX?

Biz nə etməliyik?

"Kora göz dağı vermək ən böyük cəzadır"

Heç kimdə şübhə doğurmur ki, Azərbaycan Avropa Oyunlarına ən yüksək səviyyədə, hətta indiyə qədər heç bir dövlətin bacarmadığı bir peşəkarlıqla ev sahibliyi edəcək. Dünyanın 50-yə yaxın ölkəsinin minlərlə idmançısı da bu qonaqpərvərlikdən məmnun qalacaq. Hətta güclü olsa, medalını da alıb gedəcək. Lakin heç nə bununla bitməyəcək. Qərbin "sülh kəlağayası" geyinmiş başısovuqları öz böhtan və iyrənc kampaniyalarından əl çəkməyəcəklər. Amma düşünün, bura bizim ölkədir. Heç kim doğma torpağımızda bizlərə ağıl dərsi keçə, heç kim bizlərə "insan hüquqlarının toxunulmazlığını" təlqin edə bilməz. Çünki biz hüquqları onilliklər öncədən qoruyuruq, vətəndaşlarımız da qanunlarımızın aliliyindən məmnundurlar.

İFEX-in müraciəti jurnalistlərədir. Odur ki, heç bir jurnalist gərək boş oturmasın. Onlara öz dillərində cavab verək, görə bilmədiklərini gözlərinin önünə qoyaq ki, sussunlar!

Samir

Digər xəbərlər