PDF Oxu

Siyasət

  • 9

Vüqar Rəhimzadə: “Avropa Oyunlarının açılış mərasimi tarixi bir hadisədir” AÇIQLAMA

Vüqar Rəhimzadə: “Avropa Oyunlarının açılış mərasimi tarixi bir hadisədir” AÇIQLAMA

"I Avropa Oyunlarının Bakıda keçirilməsi təkcə Azərbaycan üçün deyil, Avropa və bütün dünya üçün əlamətdar hadisədir". Bu sözləri SİA-ya açıqlamasında "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.Onun sözlərinə görə, Azərbaycanda I Avropa Oyunlarının keçirilməsi ilə bağlı Olimpiya Komitəsinin verdiyi qərar ölkəmizin nüfuzundan xəbər verir. Ölkəmizə oyunların açılış mərasimində 30-dan çox dövlət və hökumət başçısının səfər etməsi bir daha bunu təstiq edir: "Oyunların Azərbaycanda keçirilməsi ilə bağlı Avropa Olimpiya Komitəsinin verdiyi qərar Azərbaycana olan böyük inamın göstəricisi, ölkəmizin dünya birliyində layiqli yer tutmasını təstiq edən amildir. Bu günlərdə Azərbaycana 6 mindən artıq idmançı, minlərlə azarkeş, 30-dan artıq dövlət rəhbəri, hökumət başçıları, Parlament nümayəndələrinin və digər ölkələrin cəmiyyətini özündə ehtiva edən insanlar gəlib. Onlar I Avropa Oyunlarının açılış mərasiminin canlı şahidi olacaqlar. Bu, tarixi hadisədir. Şübhəm yoxdur ki, bu oyunlar çox yüksək səviyyədə həyata keçiriləcək".

Vüqar Rəhimzadə onu da qeyd etdi ki, Avropa Oyunlarının ilk dəfə Azərbaycanda keçirilməsi ölkəmizi daim xatırladacaq. Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə təşkil edilməsində həm ölkə başçısının, həm də Təşkilat Komitəsinin rəhbəri Mehriban Əliyevanın böyük xidmətləri var: "Avropa Oyunlarının bundan sonra hansı ölkədə, hansı dövlətdə keçirilməsindən asılı olmayaraq, Azərbaycan daimi xatırlanacaq. Oyunların təməl daşının Azərbaycanda qoyulması hər bir Azərbaycan vətəndaşı, Azərbaycanı sevən insan üçün qürurvericidir. Bütövlükdə Avropa idman tarixində Avropa Oyunları kimi möhtəşəm yarışların keçirilməsi artıq Azərbaycanın möhtəşəm imzasını bir daha təstiq edəcək. Hesab edirəm ki, I Avropa Oyunları tarixi, mötəbər və əlamətdar hadisədir. Hər bir insanı Avropa Oyunlarının keçirilməsi münasibətilə ürəkdən təbrik edirəm. Oyunların keçirilməsi ilə bağlı Azərbaycanda Təşkilat Komitəsi yaradılıb, Əməliyyat Komitəsi fəaliyyət göstərib. Təşkilat Komitəsinin rəhbəri hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə kifayət qədər yeni infrastruktur layihələri həyata keçirilib. Dövlət başçısı cənab Prezidentinimizin ümumi rəhbərliyi və Təşkilat Komitəsinin rəhbərliyi ilə idman kompleksləri yaradılıb, eyni zamanda yeni infrastruktur layihələri formalaşdırılıb. Avropa Oyunları ilə bağlı inşa edilən idman kompleksləri, Olimpiya Stadionu dünyada artıq ən məşhur stadionlardan biridir. Hesab edirəm ki, Olimpiya Stadionunda yarışların açılış mərasiminin keçirilməsi ilə bu stadionun möhtəşəm idman mərkəzi olduğu bir daha ehtiva olunacaq. Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz daha müasir şəkildə dünya birliyində yüksək səviyyədə öz yerini tutmaqdadır. Hesab edirəm ki, bu, Azərbaycanın idman nüfuzunun göstəricisidir".

sia.az

Digər xəbərlər