PDF Oxu

Siyasət

  • 9

"Azərbaycan tarixə növbəti imzasını atacaq" AÇIQLAMA

"Azərbaycan tarixə növbəti imzasını atacaq" AÇIQLAMA

""Freedom House", "Huma Rights Watch", "Amnesty International" kimi təşkilatlar ayrı-ayrı dövlətlər tərəfindən maliyyələşən və həmin dövlətlərin siyasi xəttinə xidmət edən təşkilatlardır". Bunu SİA-ya açıqlamasında millət vəkili Çingiz Qənizadə deyib.Onun sözlərinə görə, ilk görüntüdə bunlara böyük status verilib və BMT-də, AŞPA-da, ATƏT-də oturub müşahidələr apara bilərlər: "Yəni beynəlxalq qurumlar ayrı-ayrı dövlətlərin təsiri altında olan bu təşkilatlarla hesablaşırlar. Həmin dövlətlər guya müstəqil bir beynəlxalq hüquq müdafiəçilərinin görüntüsünü yaradırlar. Azərbaycana qarşı QHT-lərin bu cür davranışlarının arxasında Azərbaycanı sevməyən qüvvələr və dövlətlər durur. Onların pozucu niyyətləri baş tutmayacaq. I Avropa Oyunları beynəlxalq ictimaiyyətin böyük dəstəyi ilə başa çatacaq. Bununla da Azərbaycan tarixə növbəti imzasını atacaq".

sia.az

Digər xəbərlər