PDF Oxu

Siyasət

  • 13

Şamaxıda 15 İyun - Milli Qurtuluş Günü qeyd olunub

Şamaxıda 15 İyun - Milli Qurtuluş Günü qeyd olunub

Dünən Şamaxıda 15 İyun Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib. İlk öncə rayon rəhbərliyi, idarə və təşkilat rəhbərləri Ulu Öndərin abidəsi önünə tər çiçəklər düzüblər. Heydər Əliyev Mərkəzində davam edən tədbiri Şamaxı rayon icra hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək bildirib ki, 22 il bundan əvvəl bugünkü əmin-amanlıq, sabitlik, iqtisadi inkişaf üçün böyük fədakarlıqlar göstərərək Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının təkidli tələbi ilə hakimiyyətə gəldi və demək olar ki parçalanmış, bölünmüş Azərbaycanın xilaskarı oldu: "Ulu Öndər Heydər Əliyevin şah əsəri adlandırdığımız müasir Azərbaycan qurtuluşla başlayan iqtisadi cəhətdən inkişaf etmiş tərəqqi dövrünü yaşayır. Bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin uğurla həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasına çıxmışdır. Artıq Azərbaycan Respublikası Avropanın enerji təhlükəsizliyi məsələlərində mühüm rol oynayır. Əlbəttə ki, bütün bunların əsasında Ulu Öndərin hakimiyyətə qayıdışı ilə başlayan milli qurtuluş dayanır. Ölkəmizdə birinci Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsi heç də təsadüfi deyildir. Ölkəmizin Prezidenti Cənab İlham Əlivev və Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanını böyük səyləri nəticəsində dünyanın bir çox ölkələrindən Azərbaycana gələn idmançılar və qonaqlar Azərbaycanı dünyada tanıdacaq və ölkəmizə gələcəkdə turust axınını artıracaqdır".

Tədbirdə digər çıxış edənlər də qeyd ediblər ki, Ümummilli Lider Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdışı müstəqil dövlətçiliyimizi anarxiyadan, parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas etdi. Bu qayıdış ölkəni ağır durumdan xilas etməklə yanaşı, müasir inkişafımızın, rifahımızın təminatı olmuşdur. Ümummilli Liderin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində möhkəm təməli olan müasir Azərbaycan cəmiyyəti qurulmuşdur. Milli Qurtuluş Günü Azərbaycanın indiki reallıqlarının və xoşbəxt gələcəyinin rəhnidir.

A.SƏMƏDOVA

Digər xəbərlər