Dünən Qusar rayon icra hakimiyyətinin təşkilaçılığı ilə 15 İyun Milli Qurtuluş Günü münasibətilə rayonun Heydər Əliyev Mərkəzində bayram tədbiri keçirilib.
Öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar. Bayram tədbirini giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Şair Alxasov 15 İyun Milli Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək, Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəldiyi - 15 İyun Milli Qurtuluş Günü müasir Azərbaycanın həyatında ən mühüm, taleyüklü rol oynadığını qeyd edib. O bildirib ki, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi bilavasitə dünya səviyyəli siyasətçi və dövlət başçısı, zəmanəmizin bənzərsiz Şəxsiyyəti Heydər Əliyevin adı ilə bağlıdır. Sonra Ş.Alxasov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyəti, Onun Azərbaycan tarixindəki rolu barədə geniş məlumat verib.
Rayon icra başçısı bu gün Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Cənab İlham Əliyevin rəhbərliyi altında respublikamız dinamik inkişaf edərək, dünya ölkələri arasında özünə layiqli yer tutduğunu vurğulayıb.
NƏZAKƏT