PDF Oxu

Siyasət

  • 10

15 İyun Milli Qurtuluş tariximizdir

15 İyun Milli Qurtuluş tariximizdir

YAP Sabunçu rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlməsinin 22-ci ildönümünə həsr olunmuş tədbir keçirib

Dünən YAP Sabunçu rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlməsinin 22-ci ildönümünə həsr olunmuş tədbir keçirdi. Tədbir iştirakçıları ilk öncə təşkilatın qərargahının foyesində ucaldılmış Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib əklil və gül-çiçək dəstələri düzdülər.

Tədbiri YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva açaraq 15 İyun Milli Qurtuluş Gününün müstəqilliyimizin tarixinə şanlı səhifə kimi yazıldığını söylədi: "Azərbaycan xalqı milli qurtuluş mübarizəsinin tarixini yad edərkən, bu tarixin yaradıcısı, Ümummilli Liderimiz Heydər Əliyevi xatırlayır, ölkəmizin qüdrətlənməsi, müstəqilliymizin qorunub möhkəmlənməsində Onun məqsədyönlü siyasətinə diqqət yetirir. Ulu Öndər Heydər Əliyevin Vətəni qarşısında misilsiz fədakarlığı Onu Azərbaycanın qurucusuna və memarına çevirdi. Son dərəcə mürəkkəb şəraitdə siyasi hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev qısa müddət ərzində Azərbaycanı demokratik təsisatların fəaliyyəti üçün geniş şərait yaradıldığı ölkəyə, hərtərəfli əməkdaşlığa hazır tərəfdaşa çevirdi. Fəlakət qarşısında olan Azərbycan düşdüyü vəziyyətdən Ümummilli Liderin əzmi və iradəsi ilə xilas oldu. Müstəqilliyimizin iqtisadi bünövrəsinin möhkəmlənməsi və Azərbaycanın bu gün dünyada bənzəri olmayan sürətlə davamlı inkişafına zəmin yaratdı".

M.Abasquliyeva onu da vurğuladı ki, demokratik dəyərlərin formalaşdığı bir dövrdə Azərbaycan xalqının təhlükəsizliyini təmin edən 15 İyun Milli Qurtuluş Günü Azərbaycanın müstəqillik tarixində mühüm rola malikdir. Rayon təşkilatının sədri Dahi Liderin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimizin bərpa edilməsindən, Onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmizin xaosdan xilas olmuş sivil, demokratik, inamla irəliləyən, böyük nailiyyətlər qazanmış dövlətə çevrilməsini Heydər Əliyevin dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir" kəlamına sadiq qaldığını tədbir iştirakçılarının nəzərinə çatdırdı .

M.Abasquliyeva onu da vurğuladlı ki, dahi Öndərin ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, Azərbaycan xalqı Onun rəhbərliyi altında xoşbəxt gələcəyə doğru qətiyyətlə addımlayır: "Ölkəmizdə həyata keçirilən irimiqyaslı layihələr Azərbaycanın daha da inkişafına geniş yollar açır. Prezident İlham Əliyev tərəfindən təhsil, mədəniyyət, səhiyyə sahəsində aparılan islahatlar dövlətimizin dünya standartları səviyyəsində qurulmasına gətirib çıxarır. Nailiyyətlər nəticəsində ölkəmizdə quruculuq-abadlıq işləri görülmüş, infrastruktur layihələr həyata keçirilir ki, bu da dövlət siyasətinin əsas istiqaməti olaraq özünü büruzə verir".

YAP Sabunçu rayon təşkilatının aparat rəhbəri Rəşad Abbasəliyev tədbirdə çıxış edərək, bildirdi ki, müstəqil dövlətimizin 15 iyun tarixinə qədər mövcud olan mühiti olduqca dözülməz, hətta müstəqilliyin belə itirilməsi ilə üz-üzə qalan bir zaman idi: "Azərbaycan xalqı və Azərbaycan dövləti də belə bir böhranı müstəqilliyinin ilkin illərində yaşadı. 1991-1993-cü illər ərzində Azərbaycana rəhbərlik edən qüvvələrin səriştəsizliyindən torpaqlarımız işğala məruz qaldı. Ulu Öndər Heydər Əliyev irsinə müasir dövrümüzdə bu şəkildə böyük marağın, məhəbbətin yaranması, eləcə də, Onun fəaliyyətinin araşdırılması məhz bu məqsəddən irəli gəlir. Ulu Öndər Heydər Əliyevin Qayıdışı ilə Azərbaycan dünyaya inteqrasiya olunmağa başladı".

Tədbirdə rayon təşkilatının sədrinin müavini Bəxtiyar Qasımov çıxış edərək, Ulu Öndərin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən bəhs edərək, Milli Qurtuluş Gününün dövlətimizin şərəfli tarixi olduğunu söylədi.

Ü.ƏSGƏROV

Digər xəbərlər