PDF Oxu

Siyasət

  • 10

Milli Qurtuluş Günü milli dövlətçiliyimizin tarixinə yazılıb

Milli Qurtuluş Günü milli dövlətçiliyimizin tarixinə yazılıb

YAP Ağdam rayon təşkilatı gənclər birliyi və qadınlar şurasının birgə təşkilatçılığı ilə 15 İyun Milli Qurtuluş Günü münasibətilə rayonun Heydər Əliyev Mərkəzində tədbir keçirilib. İlk öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar. Tədbirdə YAP Ağdam rayon gənclər birliyinin bir qrup fəal üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyev Ümummilli Liderin həyat və fəaliyyətindən danışaraq, gənclərə ətraflı məlumat verib: "Bu gün ölkəmizin hər yerində olduğu kimi, Ağdam içtimaiyyətinin nümayəndələri də xalqımızın, milli dövlətçiliyimizin tarixinə yazılmış, heç vaxt yaddan çıxmayacaq bir günü - 15 İyun Milli Qurtuluş Gününü, xalqımızın böyük oğlu, dahi siyasətçi Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışının 22-ci il dönümünü qeyd etmək üçün toplaşmışıq. Çox da uzaqda olmayan 1993-cü ilin iyun hadisələri hamımıza yaxşı məlumdur. Azərbaycan Xalq Cəbhəsinin birillik hakimiyyəti dövrünün hər anı xalqımıza fəlakət gətirdi. Yüksək vəzifə tutmuş cəbhəçi "bəylərin" üzdəniraq fəaliyyəti nəticəsində, respublikada siyasi, iqtisadi və sosial gərginlik son həddə çatmışdır. Azərbaycan XX əsrin sonlarında, ikinci dəfə əldə etdiyi milli müstəqilliyini itirmək, vətəndaş müharibəsinə yuvarlanmaq, bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə durmuşdur. Lakin Ulu Öndər öz qətiyyətli və uzaqgörən siyasəti Azərbaycanı bu bəlalardan xilas etmiş oldu".

İ.Quliyev belə bir gərgin dövrdə xalqın təkidi və istəyi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının önəmini tədbir iştirakçılarının diqqətinə çatdıraraq, bunu zamanın tələbi olduğunu bildirib. O, qeyd edib ki, Ümummilli Lider elə bir dövrdə siyasi hakimiyyətə qayıtdı ki, Azərbaycan artıq dünya xəritəsindən silinmə təhlükəsi altında idi. Ulu Öndər Heydər Əliyevin 2-ci dəfə hakimiyyətə qayıdışı, Yeni Azərbaycan Partiyasının iqtidar partiyası kimi fəaliyyətə başlaması Azərbaycanın bugünkü uğurlarını təmin edən ən başlıca şərt oldu.

Tədbirdə YAP Ağdam rayon təşkilatı qadınlar şurasının sədri Mətanət Misirxanova mövzu ətrafında çıxış edərək, bildirdi ki, 1990-ci illərin əvvələri Azərbaycan dövrünün ağır günlərini yaşayırdı:"Bir tərəfdən separatçı qüvvələr və onların himayədarları ölkəmizi parçalayır, digər tərəfdən iqtisadiyyatımız tamamilə dağılmışdır. Şəhər və kəndlərimizdə qarət baş alıb gedirdi, zorakılıq adi bir hala çevrilmişdir. İnsanlar arasında düşmənçilik toxumu səpilirdi, şəhər və kəndlərimiz bir-birinin ardınca işğal edilirdi. Belə bir vəziyyətdə heç kim nə etmək lazım olduğunu bilmirdi. Bununla belə, ölkəmizi bürümüş böhran qabaqcıl ziyalıları son dərəcə narahat edirdi. Ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə xalqın tanınmış Lideri, zamanəsinin görkəmli dövlət və siyasi xadimi Heydər Əliyevə müraciət etdilər. Məhz Heydər Əliyevin bu müraciəti qəbul edərək yenidən hakimiyyətə qayıtması nəticəsində xalqımız bu bəlalardan xilas oldu".

Daha sonra YAP Ağdam rayon təşkilatı gənclər birliyinin sədr müavini Xəyalə Əliyeva çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qazanılmasında və möhkəmlənməsindəki rolunudan danışıb. Tədbirin sonunda gənclərə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx təqdim olunub.

ZÜMRÜD

Digər xəbərlər