PDF Oxu

Siyasət

  • 12

Asim Mollazadə: “Azərbaycan Almaniya üçün önəmli strateji müttəfiqdir” MÜNASİBƏT

Asim Mollazadə: “Azərbaycan Almaniya üçün önəmli strateji müttəfiqdir” MÜNASİBƏT

"Azərbaycan-Almaniya münasibətlərinə xələl gətirən belə bir qərəzli qətnamə qəbul edilməməli idi. Çünki Azərbaycan Almaniya üçün çox önəmli strateji müttəfiqdir". Bunu SİA-ya Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə Almaniya Bundestaqının 2015-ci il iyunun 12-də qəbul etdiyi qətnaməyə münasibət bildirərkən deyib.Millət vəkili qeyd edib ki, əslində bu qətnamə Azərbaycana qarşı bir qrup qərəzli şəxslər tərəfindən qəbul edilib: "Hesab edirəm ki, hər iki dövlətin strateji maraqlarını düşünən insanlar bu kimi bəyanatların, qətnamələrin qarşısını almalıdır. Ümid edirəm ki, Almaniya hökuməti bu yöndə müsbət addım atacaq. Bu, təkcə Azərbaycan üçün deyil, eyni zamanda Almaniya üçün də vacib amildir".

sia.az

Digər xəbərlər