PDF Oxu

Siyasət

  • 7

"Ulu Öndər Heydər Əliyev Müstəqil Azərbaycanın xilaskarıdır"

"Ulu Öndər Heydər Əliyev Müstəqil Azərbaycanın xilaskarıdır"

15 İyun Milli Qurtuluş Günü münasibətilə Yevlax rayon icra hakimiyyəti ilə YAP Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə "Ulu Öndər Heydər Əliyev Müstəqil Azərbaycanın xilaskarıdır" mövzusunda tədbiri keçirib. Rayon təşkilatında keçirilən tədbirdə ilk öncə Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişindən sonra YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev çıxış edərək 15 iyun 1993-cü ilin Azərbaycan xalqı üçün tarixi günlərdən olduğunu bildirib. Ə.Quliyev geniş məruzə ilə o dövrdə baş vermiş hadisələri ardıcıllıqla tədbir iştirakçılarının nəzərinə çatdırıb.

YAP Yevlax rayon təşkilatı qadınlar şurasının sədri Əminə Əhmədova çıxış edərək vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev ideyalarının təntənəsi olan müstəqil Azərbaycan dövləti bu gün Cənab Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində nəinki Avropa, hətta dünya ölkələri arasında belə özünəməxsus mövqeydə dayanır.

Görüşdə YAP Yevlax rayon təşkilatının gənclər birliyinin sədri Ariz Mikayılov, rayon mərkəzi xəstəxanasının baş həkiminin müavini Niyaz Hüseynov və başqaları çıxış edərək bildirdilər ki, Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra nail olduğu bütün uğurlar Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirərək, Heydər Əliyevin azərbaycançılıq ideologiyası ərtafında fikir mübadiləsi apararaq dahi şəxsiyyətin fəaliyyətini bir daha diqqətə gətirdilər.

Sonda bir qrup gəncə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqəsi təqdim olundu.

Ü.ƏSGƏROV

Digər xəbərlər