PDF Oxu

Siyasət

  • 11

"Yeni Azərbaycan" qəzeti oxucularını mükafatlandırdı

"Yeni Azərbaycan" qəzeti oxucularını mükafatlandırdı

Məlum olduğu kimi, may ayının 5-dən 6 iyun tarixinə qədər "Yeni Azərbaycan" qəzeti oxucuları arasında "Bakı-2015" ilk Avropa Oyunlarına həsr olunmuş müsabiqə elan etmişdi. SİA-nın məlumatına görə, müsabiqənin şərtləri qəzetdə və qəzetin elektron variantında dərc edilib. Ölkəmizin ev sahibliyi etdiyi ilk Avropa Oyunları ilə əlaqədar verilən sualları ən tez cavablandıran 10 oxucu qalib elan edilib. Belə ki, qaliblər ilk Avropa Oyunlarında keçirilən yarışlardan birinin finalına bilet qazanıb. Bu məqsədlə bu gün müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu birinci Avropa Oyunlarının açılış mərasimi haqqında fikirlərini bölüşərək qeyd edib ki, hər birimiz açılış mərasiminin möhtəşəm olacağını gözləyirdik: "Amma belə əfsanəvi, nağılabənzər aləmə düşəcəyimizdən xəbərsizdik. İnsanlar sözün həqiqi mənasında olduqca sevincli idilər. Azərbaycanımıza, tariximizə verilən qiymət bizi olduqca qürurlandırdı. Bunu açılış mərasimini canlı-canlı izləyən hər bir azərbaycanlının gözündən oxumaq mümkün idi. Hər bir səhnə bizi sanki tarixin ayrı-ayrı dövrlərinə aparırdı. Bununla da Azərbaycanın nə qədər qədim keçmişə, tarixə malik olduğu bir daha dünya ictimaiyyətinə təqdim olundu".

Baş redaktor, həmçinin xalqımıza belə bir qürur hissi yaşatdığı üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycanın Birinci Xanımı, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya təşəkkürünü bildirərək qeyd edib ki, bu anlar hələ uzun müddət insanların canlı yaddaşında yaşayacaq və Azərbaycan tarixinə şanlı səhifə kimi yazılacaq".

Hikmət Babaoğlu, eyni zamanda ilk Avropa Oyunları ərəfəsində medianın və ictimai institutların fəaliyyəti və roluna da toxunaraq deyib ki, bu, istiqamətdə həm müxtəlif ictimai instututlar, həm də vətəndaş kimi ayrı-ayrı fərdlər öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirə bildi: "Hər bir azərbaycanlı bu yöndə əlindən gələni əsirgəmədi, prosesə öz töhfələrini verməyə çalışdı: "Bu mənada mötəbər beynəlxalq idman hadisəsinin əhəmiyyətini nəzərə alaraq biz də öz növbəmizdə "Yeni Azərbaycan" qəzeti olaraq oxucular arasında müsabiqə təşkil etdik. Azərbaycanın idman tarixi və Avropa Oyunları ilə bağlı dərc edilən suallara doğru və operativ cavab verən oxucularımız ilk Avropa Oyunlarının hər hansı birinin finalına bilet qazandı. Bütün iştirakçıları və qalibləri təbrik edirəm".

Daha sonra mükafatlandırma mərasimində "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu və YAP Gənclər Birliyinin ofisinin rəhbəri Əli Pənahov qaliblərə biletlərini təqdim etdilər.

İntizarə Məmmədova

Digər xəbərlər