PDF Oxu

Siyasət

  • 10

Almaniya Bundestaqı erməni lobbisinin təsiri altındadır

Almaniya Bundestaqı erməni lobbisinin təsiri altındadır

"Bundestaqın belə bir hərəkəti bir ölkənin digər ölkənin daxili işlərinə qarışması deməkdir"

Azərbaycanın dünyada yerinin və rolunun möhkəmlənməsi, xüsusilə də, Bakıda ilk Avropa Oyunlarının keçirilməsi ölkəmizin uğurlarına qısqanclıqla yanaşan qüvvələrin narahatçılığına səbəb olub. Almanya Bundestaqının Azərbaycan əleyhinə qətnamə qəbul etməsi də ölkəmizin əldə etdiyi nailiyyətlərə qısqanclıqla yanaşılmasının nəticəsi hesab etmək olar. Söhbət etdiyimiz müsahiblərimiz Avropa Oyunları keçirildiyi bir məqamda belə bir qətnamənin qəbul edilməsini əldə olunan uğurlara kölgə salmaq cəhdd kimi qiymətləndirdilər.

"Yurddaş" partiyasının sədri Mais Səfərli:

- Almanya Bundestaqının Azərbaycan əleyhinə qətnamə qəbul etməsi beynəlxalq hüquq normalarına ziddir. Almanya Bundestaqı nə haqla Azərbaycandakı vəziyyətlə bağlı qərar qəbul edir. Yəni bu beynəlxalq bir təşkilat deyil ki, bu cür hərəkətlərə əl atsın. Almanya Bundestaqının belə bir hərəkəti bir ölkənin digər ölkənin daxili işlərinə qarışması deməkdir. Bu qərəzli bir məsələdir. Bir sözlə, Azərbaycanın inkişafına və uğurlarına kölgə salmaq deməkdir. Təbii ki, Almanyanın belə bir hərəkəti Almanya dövlətinə və parlamentinə başucalığı gətirməyəcək. Düşünürəm ki, bu cür vəziyyət Azərbaycanla Almanya arasında münasibətlərin soyumasına gətirib çıxara bilər. Bu gün Almaniya Avropa dövlətlərinin öndə gedən dövlətlərindən biridir və Almanyanın belə bir addım atması, ümumiyyətlə, bütövlükdə Avropa İttifaqının fəaliyyətinə kölgə salır. Bir sözlə, bu qərar Avropa İttifaqına bir ləkədir. Düşünürəm ki, Almaniya rəhbərliyi bu qərar üzərində düşünməli və öz səhvlərini etiraf etməli, düzəlməli, hərəkətinə görə Azərbaycandan üzr istəməlidir.

İnsan Hüquqları XXI əsr Fondunun sədri Şahin Camalov:

- Təkcə Almaniya deyil, o cümlədən Avropanın bir sıra dövlətləri Azərbaycana qarşı qara piar kampaniyası aparmaqla məşğuldurlar. Bu açıq-aydın qərəzdən başqa bir şey deyil. Çünki Azərbaycanın dünyada yeri və rolu bəllidir. Günü-gündən inkişaf edən ölkəmizin uğurlarını gözü götürməyən qüvvələr hansı yolla olur-olsun, bu inkişafımıza kölgə salmağa çalışırlar. Amma bütün cəhdləri uğursuzluğa düçar olacaq. Belə bir möhtəşəm tədbirin-Avropa Oyunlarının keçirildiyi bir məqamda qərəzli çıxışlar heç bir əhəmiyyət kəsb etməyəcək. Necə ki, əsrarəngiz, qeyri-adi ilk Avropa Oyunlarının açılış mərasimini keçirdiksə, beynəlxalq ictimaiyyətin dəstəyi ilə bağlanışa da öz möhürümüzü vuracağıq.

GÜLYANƏ

Digər xəbərlər