PDF Oxu

Siyasət

  • 11

Azərbaycanın Qurtuluş Günü Rusiyada qeyd edilib

Azərbaycanın Qurtuluş Günü Rusiyada qeyd edilib

Rusiya Federasiyasının Ulyanovsk şəhərində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan meydanında üç əlamətdar hadisə eyni vaxtda qeyd olunub. Ərazidə quruculuq-abadlıq işləri aparan Ümumrusiya Azərbaycanlıları Konqresinin Ulyanovsk nümayəndəliyinin əməkdaşları Rusiya Günü, "Bakı-2015" I Avropa Oyunlarının açılışı və Azərbaycanın Qurtuluş Günü qeyd edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən aldığımız məlumata görə, tədbirdə çıxış edən Ümumrusiya Azərbaycanlıları Konqresinin Ulyanovsk nümayəndəliyinin rəhbəri İslam Hüseynov Rusiya xalqını və Ulyanovsk əhalisini təbrik edib, Rusiyanın hazırda bir çox xalqların mehriban yaşadığı bir dövlətə çevrildiyini vurğulayıb.

Öz çıxışında Azərbaycan xalqının Qurtuluş Günü və I Avropa Oyunlarından da geniş bəhs edən İ.Hüseynov beynəlxalq idman yarışının əhəmiyyətindən danışıb. O bildirib ki, Azərbaycan güclü, açıq, effektli bir ölkə olduğunu növbəti dəfə sübut etdi. Diaspor rəhbəri son illərdə ölkəmizdə qlobal miqyaslı bir sıra tədbirlərin keçirilməsini Azərbaycanın uğuru, siyasi arenada qazandığı nüfuzun nəticəsi kimi qiymətləndirib.

Ümumrusiya Azərbaycanlıları Konqresinin Ulyanovsk nümayəndəliyinin üzvləri Heydər Əliyev meydanında yaşıllaşdırma, abadlıq işləri çərçivəsində ərazidə 45-dən çox ağac əkiblər.

ZÜMRÜD

Digər xəbərlər