Nevada ştatının dövlət katibi Barbara Seqavske Azərbaycanın milli bayramı – Respublika günü münasibətilə proklamasiya imzalayıb.Ştat administrasiyası bu sənəddə 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan edilməsini alqışlayaraq qeyd edir ki, AXC-nin yaradılması bütün azərbaycanlılara, o cümlədən ABŞ-da yaşayan 400 min azərbaycanlıya xidmət edir. Bu hadisə böyük Yaxın Şərq regionunda ilk müsəlman demokratiyasının parlaq nümunəsi, Qafqazda və bütün regionda azadlıq və demokratiyanın yayılmasına sanballı töhfədir.Proklamasiya ABŞ Azərbaycanlılar Şəbəkəsi tərəfindən keçirilmiş kampaniya nəticəsində qəbul edilib.
AZƏRTAC