PDF Oxu

Siyasət

  • 10

Siyavuş Novruzov: "Həsən Əliyevə irad tutmaq məntiqsizdir"

Siyavuş Novruzov: "Həsən Əliyevə irad tutmaq məntiqsizdir"

"İdman yarışında idmançı udar da, uduzar da!" Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov azərbaycanlı idmançı Həsən Əliyevin erməni idmançıya uduzması nəticəsində ona qarşı olan iradlara münasibət bildirərkən deyib.Onun sözlərinə görə, bəzi insanlar tərəfindən azərbaycanlı idmançı Həsən Əliyevə irad tutulmasının heç bir məntiqi əsası yoxdur: "Bakı 2015" birinci Avropa Oyunları zamanı keçirilən yarışlarda idmançıların uduzmasına irad bildirmək düzgün deyil. Məhz Həsən Əliyevin də uduzmasına irad tutmaq məntiqsizdir".Qeyd edək ki, 25 yaşlı pəhləvanımız ilk görüşündə gürcüstanlı Saçino Davitaya ilə qüvvəsini sınayıb və 4:2 hesabı ilə qələbə qazanıb. O, 1/8 finalda xorvatiyalı Doniyel Yaneçiçlə güləşib. Çəkisinin lideri bu dəfə də asanlıqla qalib gəlib. Rəqibini 5:0 hesabı ilə məğlub edən Əliyev 1/4 finalda Mixail Simyonovla (Belarus) qarşılaşıb. Dünya çempionumuz bu sınaqdan da uğurla çıxıb – 3:0. Yarımfinalda Ermənistan güləşçisi Miqran Arutyunyanla qarşılaşan Həsən 3:0 hesabı ilə öndə olsa da, üstünlüyünü qoruya bilməyib və 5:8 hesabı ilə uduzub.

sia.az

Digər xəbərlər