Müstəqil Azərbaycan Avropa arenasında özünü ancaq neft ölkəsi kimi deyil, həm də zəngin mədəni ənənələrə malik ölkə kimi təqdim etdiyini göstərir və ölkədə nəhəng quruculuq işləri paytaxtın və bölgələrin simasını dəyişdirib. Azərbaycan əsl Avropa ölkəsi kimi sivilizasiya mərkəzidir, hər il burada müxtəlif beynəlxalq forumlar təşkil olunur, dünyanın ən nüfuzlu iqtisadi və siyasi təşkilatların sammitləri keçirilir. Bu faktorlar Azərbaycanın nüfuz göstəricisidir. Bakıda I Avropa Oyunlarının keçirilməsi ilə Azərbaycan dünyada yerinin və rolunun möhkəm, nufuzunun isə yüksək olduğunu göstərdi. Amma reallıq budur ki, Avropa Oyunlarını siyasiləşdirmək üçün də xeyli sayda cəhdlər oldu, qarayaxma kampaniyası aparıldı, təzyiqlərə cəhdlər göstərildi. "I Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı elə bir hücum və kütləvi təzyiq mexanizmi başlayıb ki, biz bunu təsəvvür belə edə bilmirdik". Bu fikirləri 3-cü Qlobal Bakı Forumunun "Avropa İttifaqı və qonşuluq siyasəti" panelində Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib: "Azərbaycan müsəlman aləminin bir hissəsi olan, eyni zamanda Qərb dünyasında nümunəvi, model ola bilən dövlətdir: "Yerləşdiyi geosiyasi mövqedə bu, elə də asan iş deyil. Amma Azərbaycan rəhbərliyi bunun üçün hər şeyi edir".
Azərbaycan Prezidentinin içtimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov isə I Avropa Oyunlarını ölkəmizə qarşı həyata keçirilən "qara piar" kampaniyasının baş mövzusuna çevirməyə çalışdıqlarını bildirmişdir: "Azadlıq" radiosu başda olmaqla bəzi maraqlı qüvvələr sosial şəbəkələrdə guya Azərbaycanda Avropa Oyunları ilə əlaqədar heyvanlarla qəddar davranıldığını əks etdirən video yayır və paylaşırlar. Halbuki həmin videoda hadisənin məhz Azərbaycanda baş verdiyini təsdiq edən heç bir dəlil yoxdur. Bu da bir daha sübut edir ki, bu kimi "faktları" ortaya atanlar Avropa Oyunları ərəfəsində Azərbaycanın imicini ləkələməyə və mühüm beynəlxalq idman tədbirinə qarşı açıq təxribat törətməyə çalışırlar. Biz belə təxribatlarla əvvəllər də, 2012-ci ildə "Eurovision" Mahnı Müsabiqəsi keçiriləndə də rastlaşmışıq. Həmin dövrdə beynəlxalq ictimaiyyət əmin oldu ki, bütün bunlar Azərbaycana təzyiq göstərmək, onun müstəqil siyasətinə öz iradəsini qəbul etdirmək istəyən qüvvələrin qurduğu məkrli oyundan başqa bir şey deyil. Əmin olduğumuzu bildiririk ki, Azərbaycanı gözdən salmaq üçün istifadə olunan bu tipli primitiv, ucuz metodlar heç bir nəticə verməyəcək və nə qədər ki gec deyil, həmin qüvvələri öz məkrli niyyətlərindən geri çəkilməyə dəvət edirik".
Ofisdən idarə oluna "5-ci kolon"
Hələ 2015-ci ilin martında Azərbaycanın aparıcı kütləvi informsiya vasitələri ABŞ Dövlət Departamentinin I Avropa Oyunları ərəfəsində ölkəmizlə bağlı həyata keçirmək istədiyi layihələr haqqında təkzibolunmaz faktları ictimailəşdirdi. Sənədlərdə açıq şəkildə bildirilirdi ki, cari ildə və qarşıdan gələn dövrdə Azərbaycanda I Avropa Oyunları, parlament seçkiləri, "Formula-1" yarışması, İslam Həmrəylik Oyunları və digər mühüm beynəlxalq və yerli tədbirlər keçiriləcəyinə görə dünya ictimaiyyətinin diqqəti bu ölkəyə yönələcək. Fürsətdən istifadə edilməklə Azərbaycana qarşı məcburetmə tədbirləri həyata keçirilməlidir. İnsan hüquqları, media azadlığı, korrupsiya və digər bu kimi neqativ tezislər üzərində qurulmuş təbliğat kampaniyası ilə paralel olaraq, idman təşkilatları üçün də "təkliflər paketi" hazırlanmışdı: "Avropa Oyunlarını boykota çağırış. Kampaniyanı icra edəcək subyektlər - hüquq-müdafiə təşkilatları və KİV "I Avropa Oyunlarının Avropa üçün əhəmiyyətsizliyindən" başlamış möhtəşəm "İdman yarışları insan haqları pozulan ölkədə keçirilə bilməz" tezislərinə qədər ən müxtəlif şüarları gündəmə gətirməklə I Avropa Oyunları proqramının pozulmasına nail olmalı, nəticədə Azərbaycan fakt qarşısında qalmaqla ABŞ-ın təzyiqlərinə boyun əyməli idi. Medianın əlinə düşmüş sənədin preambula hissəsində açıq şəkildə bildirilmişdi ki, "Azərbaycana öz davranışlarına görə yerini göstərmək zamanı çatıb".
ABŞ dövlət katibi Con Kerrinin Konqresdəki ofisindən idarə edilən kampaniyanın əlaqələndiricisi qismində "National Endowment for Democracy" (NED - Demokratiyaya Dəstək Milli Fondu) təşkilatı seçilmişdi. Əsasən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və deməli, dövlət büdcəsindən maliyyələşdirilən NED uzun illərdir Azərbaycanda "5-ci kolon"un formalaşdırılması ilə məşğuldur və hakimiyyət çevrilişi planının fəal təşkilatçılarından biri kimi çıxış edir.
Qısası antitəbliğat kampaniyasının aparılmasına baxmayaraq heç bir ölkənin Milli Olimpiya Komitəsi siyasi bəyanat vermədi, yarışlara qatılmaqdan yayınmadı, siyasi oyunların iştirakçısına çevrilmədi. Bu isə o deməkdir ki, həmin mərkəzin bütün resurslarının cəlb edildiyi anti-Azərbaycan kampaniyası dəhşətli çat verdi, bütün planlar alt-üst oldu. Hətta onun Azərbaycandakı "5-ci kolon" üzvlərini - milli xəyanətkar ünsürləri hüquqi məsuliyyətdən yayındırmaq cəhdləri baş tutmadı. Azrbyacanı Suriya, İraq, Əfqanıstan, Misir və Ukraynanın vəziyyətinə salmaq planları boşa çıxdı. Çünki xalq-hakimiyyət birliyi möhkəm əsaslara söykənir. Ona görək ki, xalq müstəqilliyimizin memarı Ulu Öndər Heydər ideyalarına sadiqdir. Bu gün dünyada birmənalı mövqe ondab ibarətdir ki, Azərbaycandakı inkişaf insanların sosial həyat tərzində hiss olunur. Azərbaycanda insanlar yaxşı yaşamağa başlayıblar, ölkə öz simasını dəyişir. Azərbaycan əhalisi Ulu Öndər Heydər Əliyevə olduğu kimi, Prezident İlham Əliyevə də inanır.
Demokratiya adı altında qarayaxma kampaniyası
Faktlara və danılmaz dəlillərə əsaslanan bir həqiqətdir ki, ölkəmizdə yürüdülən müstəqil, qətiyyətli, eləcə də inkişaf və tərəqqi amilinə söykənən dayanaqılı siyasətin qarşısını almaqdan ötrü bir sıra Qərb siyasi dairələri tərəfindən təlimatlandırılan xarici QHT-lər, "insan hüquqları təşkilatları", xarici media qurumları, "demokratiya institutları" ardıcıl şəkildə anti-Azərbaycan xarakterli addımlar atmaqda israrlı görünürlər. Bu kimi pozucu addımların atılmasında təhrikçi rolunda yenə də ABŞ-dakı bəzi anti-Azərbaycan qüvvələr çıxış edirlər. Hansı ki, bu ölkədə insan hqüquqlarının pozulması adi hala çevrilib. Bu məsələ ilə bağlı statistik məlumata diqqət yetirsək, görərik ki, əsrlər boyu Amerikanın yerli xalqları burada soyqırımına məruz qalıblar və nəticədə 3 milyondan çox hindu öldürülüb. XIX əsrə qədər ABŞ-a Afrikadan 12 milyondan çox kölə gətirilib. İrqi və dini, o cümlədən dini ayrı-seçkilik və dözümsüzlük bu ölkədə müasir dövrümüzdə də davam edir. Nyu-Yorkda polislər tərəfindən həbs edilənlərin 70 faizi, atəş açılanların 50 faizi, öldürülənlərin 70 faizi zəncidir. Bu ölkədə 20-29 yaşında olan zəncilərin üçdə biri ya həbsxanalarda, ya da istintaq təcridxanasındadır.
Öz daxili problemlərini həll edə bilməyən ABŞ bəzi ölkələrdə, xüsusilə də müstəqil siyasət aparmaları ilə seçilən dövlətlərdə problemlər yaratmağa cəhdlər göstərir. Hətta çevriliş planları da hazırlayıb, onalrı həyata keçirməyə cəhdlər göstərir. Məlum faktlara əsasən demək olar ki, Ukrayna və Azərbaycanda çevriliş planının həyata keçirilməsinə eyni vaxtda başlanılmışdı. İcra olunan proqram, prosesləri idarə edən mərkəz və ona rəhbərlik edən şəxs də eyni idi - ABŞ Dövlət Departamenti və dövlət katibinin müavini Viktoriya Nuland.
Ukraynada proseslərin gərginləşdiyi, hərbi əməliyyatların intensivləşdiyi bir dövrdə Azərbaycanda okeanın o tayından alovlandırılan "inqilabi" meyillərin qarşısının alınması, ABŞ-ın "5-ci kolon"unun tam neytrallaşdırılması 2015-ci il fevralın 18-də Viktoriya Nulandı Azərbaycana gəlməyə məcbur etdi. Xanım Nuland Azərbaycana səfəri ilə konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunmuş və "siyasi məhbus" kimi təqdim edilən bəzi "5-ci kolon" nümayəndələrinin azadlığa buraxılmasına nail olmaq istəyirdi. Bu baş vermədikdə isə, anti-Azərbaycan kampaniyası yenidən alovlandırıldı, həm ABŞ, həm də Avropa QHT-ləri, mediası Azərbaycana qarşı total hücuma keçdilər. Hələ Avropa Olimpiya Komitəsi I Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar verdikdən dərhal sonra ABŞ hüquq-müdafiə təşkilatları ardıcıl şəkildə bəyan etdilər ki, bu, Azərbaycanda "siyasi məhbuslar"ın azad edilməsinə nail olmaq üçün yaxşı fürsətdir.
Avropa Oyunlarına qarşı təxribat planının icrasına, bu mafioz işbirliyinə ən yaxşı cavabı Belarus prezidenti Aleksandr Lukaşenko verdi: "Azərbaycan bu tədbiri təşkil etməklə öz səviyyəsini nümayiş etdirdi və ona hücum edənlərin hamısının burnunu ovdu".
Sonda isə onu bir daha qeyd etmək yerinə düşər ki, Azərbaycana qarşı təzyiq vasitələrinə əl atmalarına, qarayaxmalarına baxmayaraq, Azərbaycan I Avropa Oyunlarını da yüksək səviyyədə keçirməyə nail olacaq. Bununla da qürurveici tarixinə nöbbəti şanlı səhifəsini yazacaq.
İ.ƏLİYEV