Dünən 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə YAP Ağstafa rayon təşkilatı və rayon gənclər və idman idarəsi ilə birgə Milli Qurtuluş Gününə həsr edilmiş həvəsgarlar arasında mini-futbol turnirinin final oyunu keçirilib.
Tədbirdə YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov tədbiri açaraq yürüşdə iştirak edən oyunçulara uğurlar arzulayıb. Sonra final oyununa start verilib. "Bakı-2015" və "Əriklik" komandaları arasında keçirilən final oyununda "Bakı-2015" komandası 6-2 hesabı ilə qalib gələrək kuboka sahib olub.
Sonda qalib komandaya Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən kubok və diplom, ikinci yerin sahibinə isə diplom və qiymətli hədiyyələr təqdim edilib.
R.HÜSEYNOVA