PDF Oxu

Siyasət

  • 6

Elşən Musayev: “Müvəffəqiyyətimizi həzm etməyən qüvvələr var" AÇIQLAMA

Elşən Musayev: “Müvəffəqiyyətimizi həzm etməyən qüvvələr var" AÇIQLAMA

"I Avropa Oyunları bütün dünyanın diqqətini Azərbaycana yönəldib". BunuSİA-ya Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev deyib.Partiya sədrinin sözlərinə görə, bunu başa düşmək, anlamaq üçün xüsusi istedada ehtiyac yoxdur: "Çünki bütün proseslər gözlərimizin önündə cərəyan edir, bütün dünya son bir neçə gündə Azərbaycandan danışır, bütün baş verənlər bizim uğurumuz, tərəqqimiz kimi qiymətləndirilir. Əlbəttə ki, bu müvəffəqiyyəti həzm etməyən qüvvələr də var. Ona görə də özlərinə əl qatıblar və bir şəkildə üzərimizə çamur atmağa, bu mötəbər turniri gözdən salmağa çalışırlar. Amma alınmayacaq. Azərbaycan dövləti həqiqətən də bu cür ünsürlərə qarşı immunitetlidir. Arzu edirəm ki, doğma vətənimizi təmsil edən idmançılar uğurlarını sona qədər davam etdirsinlər. Bizə və onlara yaraşan da budur".

sia.az

Digər xəbərlər