"I Avropa Oyunları Azərbaycan dövləti üçün çox böyük tarixi hadisədir. Artıq milyonlarla insan gördü, izlədi və tamaşaçısı oldu ki, müstəqil Azərbaycan dövləti hüquqi, dünyəvi və Avropa dəyərlərini özünə yaşadan tolerant bir ölkədir". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.Sədr müavininin sözlərinə görə, açıq şəkildə dünya Azərbaycan həqiqətlərini öz gözləri ilə gördü və görməkdə də davam edir: "Uzun illərdir anti Azərbaycan kampaniyası aparan erməni və ermənipərəst qüvvələrin Azərbaycanla bağlı apardığı işlər fiaskoya uğradı. Bütün dünya gördü ki, Azərbaycanda dövlət ənənəsi mövcuddur və başqa dinlərin nümayəndələri ilə yanaşı, təriqət daşıyıcıları da bu ölkədə yaşayır və onların heç bir problemi mövcud deyil. Azərbaycanı dünyada pis qələmə vermək üçün uzun illərini və xeyli maliyyə vəsaiti xərcləyən bu qüvvələr Azərbaycanın bu uğuru ilə barışa bilmirlər. Odur ki, hər gün Avropanın və ya başqa qitələrin 2000-ə yaxın televiziyası, informasiya agentliyi, xəbər portalları, saytlar və sosial şəbəklər Azərbaycanda keçirilən ilk Avropa Oyunları ilə bağlı reportaj yayımlayır. Bu da Azəraycanın dövlət kimi tanınmasında böyük rol oynayır".
sia.az