PDF Oxu

Siyasət

  • 9

Elçin Mirzəbəyli Sergey Markovu ölkəsinə təsir etməyə çağırdı

Elçin Mirzəbəyli Sergey Markovu ölkəsinə təsir etməyə çağırdı

Son vaxtlar Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fəallığının artırdığı müşahidə edilir. Rusiyalı politoloq Sergey Markovun "Rusiyanın dəstəyi və vasitəçiliyi ilə Ermənistan işğal etdiyi 6 rayonu azad edəcək və bundan sonra Türkiyə-Ermənistan sərhədləri açılacaq, Azərbaycanla iqtisadi əlaqələr qurulacaq" deyə bildirməsi problemin həllinə olan ümidləri artırır. Politoloq Elçin Mirzəbəyli isə "Səs" qəzetinə açıqlamasında fərqli fikir söyləyib. Onun sözlərinə görə, hər zaman olduğu kimi bu dəfə də Sergey Markov biri-birinə oxşay fikirlərlə çıxış edib: "İndiki şəraitdə işğalçı ölkə olan Ermənistanı himayə edən dairələrin belə bir addım atması real görünmür. Yaxşı olardı ki, rusiyalı politoloq bu məsələlərlə bağlı müxtəlif ümidverici bəyanatlar vermək əvəzinə vətəndaşı olduğu ölkənin dövlət başçısına və siyasi qurumlarına müraciət etsin ki, onlar nə vaxta qədər işğalçı Ermənistanı himayə etməkdə və işğala dəstək verməkdə davam edəcəklər. Əgər Sergey Markovun vətəndaşı olduğu ölkə özünün beynəlxalq hüquq normalarını pozmaq istiqamətində atdığı addımlardan və işğalçı ölkəyə dəstək verməkdən əl çəkərsə, o zaman nəyinki Dağlıq Qarabağın ətrafındakı rayonlar bütövlükdə digər torpaqlar da azad olunacaq və bu problem də qısa müddətdə həll ediləcək. Ümumiyyətlə, Dağlıq Qarabağ probleminin həllinin arxasında Rusiya dayanır. Rusiya bu işğala dəstək verməkdən əl çəkməlidir. Başqa burada ikinci bir versiya yoxdur".

"Dünya birliyinin Dağlıq Qarabağ münaqişəsinin həllinə ikili yanaşmasının status-kvonun saxlanmasına və Ermənistanın işğalçılıq siyasətini davam etdiriləməsinə xidmət etdiyini demək olarmı" sualını cavablandıran politoloq bildirdi ki, bu gün dünyada ikili standartlar müşahidə olunur: "Bu günə qədər Azərbaycan torpaqlarının işğal altında qalmasının və Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının əsas səbəbi dünya birliyinin nümayiş etdirdiyi ikili standartlarıdır. O cümlədən də, işğalçı ölkə olan Ermənistanın dəstəklənməsidir. Yəni Ermənistanın işğalçılıq siyasəti dolayı yollarla dəstəklənir. Əgər işğalçılıq siyasəti apardığına görə beynəlxalq təşkilatlar tərəfindən bu ölkəyə ciddi təzyiqlər edilsəydi, Ermənistan özünü bu cür aparmazdı. Təəssüflər olsun ki, beynəlxalq güclər Ermənistanın bu hərəkətlərinə heç bir ciddi reaksiya vermir. İqtisadi-siyasi sanksiyalar tətbiq olunsa, Ermənistan qısa müddətdə işğalçılıq siyasətindən əl çəkər".

GÜLYANƏ

Digər xəbərlər