PDF Oxu

Siyasət

  • 14

Elçin Mirzəbəyli: “Dünyadakı problemlərin əksəriyyəti ABŞ siyasətindən qaynaqlanır” AÇIQLAMA

Elçin Mirzəbəyli: “Dünyadakı problemlərin əksəriyyəti ABŞ siyasətindən qaynaqlanır” AÇIQLAMA

"ABŞ Senatının üzvü Con Makkeyn Rusiyaya sərt münasibəti ilə seçilən siyasətçidir. Bu günə qədər Rusiya haqqında söylədikləri fikirlər bundan da sərt, bundan da tənqidi olub". BunuSİA-ya politoloq Elçin Mirzəbəyli Con Makkeynin "Putinin növbəti hədəfi Azərbaycandır" fikrinə münasibət bildirərkən deyib.Politoloq qeyd edib ki, əgər bu gün Rusiya Azərbaycan və yaxud da Cənubi Qafqaz, Şərqi Avropa üçün təhlükəlidirsə o zaman ABŞ bütün dünya üçün təhlükə mənbəyidir: "Yürüdülən siyasət-beynəlxalq hüquq normalarının ayaqlar altına atılması, seperatizmə münasibət, ikili yanaşma təkcə Rusiya siyasətindən doğan bir yanaşma deyil, bu həmçinin ABŞ siyasətindən doğur. Bu baxımdan da hesab edirəm ki, bu iki dövlətin dünyada yürütdüyü siyasətin bir-birindən heç bir fərqi yoxdur. Yəqin ki, bu fikirlərlə Makkeyn günahı təmsil etdiyi ölkənin üzərindən atmağa çalışır. Amma dünyada baş verən problemlərin əksəriyyəti ABŞ-ın yürütdüyü siyasətdən qaynaqlanır. ABŞ öz müttəfiqlərini gərəkli formada müdafiə etməyi bacarsaydı, ikili standartlardan çıxış etməsəydi, öz maraqları naminə kiçik dövlətləri qurban verməsəydi, o zaman tamamilə fərqli mənzərə ortaya çıxardı. Görünür, bütün bunları Makkeyn yaxşı başa düşür, ancaq hər zaman özünə lazım olanı deyir".

sia.az

Digər xəbərlər