PDF Oxu

Siyasət

  • 10

“Rusiyanın əleyhinə gedən qüvvə Ermənistanda hakimiyyətə gələ bilməz” AÇIQLAMA

“Rusiyanın əleyhinə gedən qüvvə Ermənistanda hakimiyyətə gələ bilməz” AÇIQLAMA

"Hesab etmirəm ki, kütləvi aksiyalar sonda Ermənistanda qiyamın baş verməsinə gətirib çıxaracaq. Çünki o dövlətdə prezident də, sıravilər də ermənidir. İşğalçı ölkədə vəziyyət gərginləşən kimi onlar çıxış yolu kimi qaçmağı üstün tuturlar". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Ermənistanda mütəmadi olaraq davam edən kütləvi aksiyalara münasibət bildirərkən deyib.

Politoloqun sözlərinə görə, bu gün hamı şahiddir ki, Ermənistanda vəziyyət gərgindir və erməni əhalisi ölkəni tərk edir: "Ermənistanda normal güc nümayiş edərək böyük miqyaslı kütləvi nümayişlərlə hakimiyyəti devirmək ağıla batan deyil. Orada hökmən yarım hərbi qüvvələr fəaliyyətə başlayacaq. Çünki onlar hər an buna hazırdır. Həmin yarım hərbi qüvvələr əhalinin adından istifadə edərək, hakimiyyəti çevirəcəklər. Amma bu yarım hərbi qüvvənin Ermənistanda hakimiyyəti çevirməsi üçün onun araxasında hökmən Rusiyanın dəstəyi olmalıdır. Rusiyanın əleyhinə gedən hər hansı bir qüvvə Ermənistanda hakimiyyətə gələ bilməz".

sia.az

Digər xəbərlər