"Arif Hacılı rəhbərlik etdiyi "qurum"da belə qəbul olunmayan adamdır. O, öz fəaliyyəti ilə nəinki dövlət və milli maraqları, heç mənsub olduğu müsavatçı qrupun maraqlarını da qoruya bilməyən bir şəxsdir". BunuSİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu Müsavat partiyasının başqanı Arif Hacılının Brüsseldə keçirilən "Liberal-demokratik perspektivdə Şərq Tərəfdaşlığının gələcəyi" konfransında Azərbaycan əleyhinə fikirlər səsləndirməsinə münasibət bildirərkən deyib.Baş redaktorun sözlərinə görə, Arif Hacılıdan vətənpərvər mövqe gözləmək mənasızdır: "A. Hacılının Azərbaycan əleyhinə fikirlər səsləndirməsi onun bu vaxta kimi olan fəaliyyətinin məntiqi nəticəsidir. Dövlətin, millətin, xalqın əleyhinə danışmaq nəinki bir Azərbaycan siyasətçisinə, ümumiyyətlə heç Azərbaycan vətəndaşına yaraşmayan hərəkətdir. Ona görə də əminəm ki, daimi seçkilərdə cəzalandırılan bu cür şəxslər yenə də xalq tərəfindən ictimai qınaq və rəsmi seçkilər vasitəsilə cəzalandırılacaq".
sia.az