PDF Oxu

Siyasət

  • 12

Elman Nəsirli: “Avropa İttifaqı ilə bağlı yanaşma siyasi manipulyasiyadır" AÇIQLAMA

Elman Nəsirli: “Avropa İttifaqı ilə bağlı yanaşma siyasi manipulyasiyadır" AÇIQLAMA

"Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın "Ermənistandan Avropa İttifaqı ilə Rusiya arasında seçim etməyi tələb etdilər" adlı bəyanatı hesab edirəm ki, əslində real vəziyyətə elə də adekvat deyil". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirli deyib.

Politoloqun sözlərinə görə, Ermənistan dövlətinin seçim məsələsi yoxdur: "Rəsmi İrəvan birmənalı şəkildə Rusiyanın təsiri zonasındadır: "Ermənistan prezidenti Serj Sarkisyan təxminən üç il ərzində Avropa İttifaqı ilə danışıqlar aparmışdı və hətta təbriklər almışdı ki, Avropa İttifaqının Assosiativ sazişinə qoşulur. Amma bir gecə ərzində həmin fikrindən geri dönməli oldu. Beləcə, o öz mövqeyini 180 dərəcə dəyişdi. Ermənistan prezidenti Serj Sarkisyan ötən il Praqada səfərdə olarkən bu ölkədəki erməni diasporası Sarkisyana sual ünvanladı ki, olmazdımı ki, siz Avropa İttifaqı ilə bağlı seçimdən imtina məsələsini ümumxalq müzakirəsinə çıxarasınız? O isə cavabında dedi ki, bir gecə ərzində qəbul olunan qərarı axı mən necə bütün xalqa çatdıra bilərdim? Yəni bu bir daha onu təsdiqləyir ki, ümumiyyətlə Ermənistan dövlətinin heç bir müstəqilliyi yoxdur. Bu gün Ermənistan iqtidarı birmənalı seçim edib ki, bu da Rusiya ilə bağlıdır. Ona görə də Avropa İttifaqı ilə bağlı yanaşma siyasi manipulyasiyadır".

sia.az

Digər xəbərlər