PDF Oxu

Siyasət

  • 6

"Milli Şura" "Ümid"i "kəsdi"

"Milli Şura" "Ümid"i "kəsdi"

Cəmil Həsənli İqbal Ağazadəni "xəyanətkar satqın" elan etdi

"Milli Şura"nın sədri Cəmil Həsənli "Yeni Müsavat"ın baş yazarı Rauf Arifoğlunun ardınca, bu dəfə "Ümid" partiyasının sədri İqbal Ağazadəni də hakimiyyətə işləməkdə ittiham edərək, onu "xəyanətkar satqın" elan edib. Düzdür, bu kimi hadisələr fonunda Cəmil Həsənlinin tək, özbaşına hərəkət etməsini, nəticələrə gələrək "səsli-küylü" bəyanatlar səsləndirməsini demək olmaz. Çünki o bilavasitə AXCP sədri Əli Kərimlinin ətəyindən asılı olan bir kəsdir. Əgər cəbhə sədri onu lazımsız əşya kimi özündən kənara tullasa, Cəmil Həsənlinin ictimai rəydə "təsir imkanını" sərgiləməsi üçün yapışa biləcəyi heç bir amil qalmayacaq.

Burada da AXCP sədri Əli Kərimlinin izinin, imzasının olması kimsədə şübhə yaratmır

Beləliklə, burada Cəmil Həsənli vasitəsilə Əli Kərimlinin "siyasət yürütməsi" şübhəsizdir. Hətta Cəmil Həsənlinin son zamanlar "facebook"da fəallaşması, müxalifət düşərgəsindən təmsil olunan tərəflərə qarşı hücumlara start verməsi ətrafındakı yazılarında da eynilə "Azadlıq"da olduğu kmi AXCP sədri Əli Kərimlinin izinin və imzasının olması kimsədə şübhə yaratmır.

Beləliklə, növbəti hədəfin "Ümid" partiyasının sədri İqabl Ağazadənin olması arxasında da sözügedən məqamların dayanması şübhəsizdir. Məsələ ondadır ki, uzun illərdir "siyasi məhbus" terminini ortaya ataraq, bundan öz xeyir və səmərələri üçün istifadə etməyə çalışan Əli Kərimli növbəti dəfə Cəmil Həsənli kartını istifadə etməyə çalışıb. Ölkə parlamentinin deputatları tərəfindən "siyasi məhbusları"n əslində cinayətkar olduqlarını sübut edən sənədi imzalamasına qarşı çıxan Əli Kərimli dərhal "Azadlıq" qəzeti vasitəsilə Cəmil Həsənlinin "facebook"dakı "ittihamını" dərc etdirib. Bununla da İqbal Ağazadənin həmin sənədə imza atması məsələsini qabardan Cəmil Həsənli qarşı tərəfi "düşmən" elan edib.

Erməni mətbuatında Əli Kərimlinin, Cəmil Həsənlinin, o cümlədən "Azadlıq" qəzetinin Azərbaycan əleyhinə yazdığı məqalələri, çıxış və müsahibələr yer almaqdadır

Maraqlısı da budur ki, özlərinə sərf etməyən siyasət yürüdən istənilən müxalifət partiyasını dərhal "düşmən", "xəyanətkar", "satqın" elan edən AXCP və "Milli Şura" nədənsə öz xəyanətlərini, satqınçılıq siyasətini heç vaxt qəbul etmir. Hansı ki, ölkənin və xalqın 1 nömrəli düşməni sırasında ermənilər qədər olacaq məhz AXCP sədri Əli Kərimli və "Milli Şura"nın sədri Cəmil Hsənlidir. İctimai rəy bunu görür və dərk edir. Məsələn, bu gün heç bir erməni mətbuatı azərbaycanlı deputatların cinayət törətmiş insanların adlarının "siyasi məhbis" siyahısında" yerli almasına etiraz edən sənədə imza atmasını işıqlandırmazdı və işıqlandırmayıb da. Ancaq erməni mətbuatında Əli Kərimlinin, Cəmil Həsənlinin, o cümlədən "Azadlıq" qəzetinin Azərbaycan əleyhinə yazdığı məqalələri, çıxış və müsahibələr yer almaqdadır.

Bütün bunlar isə bir daha sübut edir ki, nökərçilik etdikləri erməni lobbisinin xoşuna gəlməkdən ötrü, Əli Kərimli və onun ipli kuklası rolunda çıxış edən Cəmil Həsənli hətta daha böyük milli xyanətlərdə bulunmağa hazır olduqlarını sərgiləyirlər.

Nəticə etibarilə onu dedyə bilərik ki, bu gün "Ümid" sədri İqbal Ağazadəni də ittiham hədəfinə tuş gətirənlər sabah adam tapmayanda özləri-özlərini də "müxalifətə xəyanətdə" suçlayacaqlar. Artıq ictimai rəy də buna bir növ alışıb. Hər halda görünən budur ki, gəlir mənbələrini əldən verməmək üçün Əli Kərimlinin sabah Cəmil Həsənlini düşmən elan etməsi kimsəni təəccübləndirməməlidir. Görünür, hələ ki, buna ehtiyac yoxdur. Uzağı bu ilin payızında keçiriləcək parlament seçkilərinə qədər…

Rövşən RƏSULOV

P.S. Cəmil Həsənli İqbal Ağazadəni ittiham edir ki, "Ümid" sədrinin "siyasi məhbus" sənədinə imza ataraq, orada adları hallanan insanları cinayətkar olmasını təsdiq etməsi onun yenidən deputat seçilmək marağından irəli gəlirmiş… Nə deyək, bəlkə də elə ola bilər. Amma ittiham edilən tərəfə baxın, dəyərli oxucular. İttiham edən millət vəkili adını AXCP-yə və partiyasının liderinə qarşı iki dəfə satan, xəyanət edən məhz Cəmil Həsənlidir! Nə deyək, adam-adamı ittiham edəndə də gərək elə bir ittiham edə ki, həmin ittihamı onun özünə tərs şillə kimi qaytarmasınlar…

Digər xəbərlər