""CNN" telekanalının Emin Hüseynov haqqında veriliş hazırlaması tam aydınlığı ilə izah olunur. Emin Hüseynov və onun kimi milli satqınlar həmin o "CNN" və onların arxasında dayanan Azərbaycanı istəməyən qüvvələrin layihələridir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev deyib.Millət vəkilinin sözlərinə görə, ümumiyyətlə Emin Hüseynov deyilən bir faktor yoxdur: "Bu, sadəcə Azərbaycan əleyhinə qüvvələrin müəyyən layihələrinin elementləridir. Biz bunu Leyla Yunusun, Xədicə İsmayılın variantında da gördük. Əslində belə insanlarla Əlikram Hümbətovun heç bir fərqi yoxdur. Bu mənada Emin Hüseynov haqqında film hazırlanması və hətta deyərdim ki, müəyyən mükafatların verilməsi, qrantların ayrılması tamamilə təbii prosesdir. Bunlar Azərbaycanı, onun inkişafını görmək istəməyən və hər zaman dövlətimizi öz vassallarına, əlaltılarına çevirmək istəyən şər qüvvələrin elementləridir. O mənada hesab edirəm ki, bu şəxs haqqında bizim mətbuatda xüsusi bir reaksiya yaratmaq, fikir bölüşdürmək də lazım deyil. Bəlkə də insan üçün ən ağır cəza onun vətəndaşlıqdan məhrum olunmasıdır. Bu şəxs vətəndaşlıqdan öz əməlləri ilə imtina etdi və məhrum olundu".
sia.az