Müəyyən Qərb siyasi dairələri qarşısında daha hansı yaltaqlıqlar, gö(Z)əgirənliklər, siyasi artistizimlər vasitəsilə nökərçilik etmək lazımdır ki, qarşı tərəf də onlara yalmananlara çoxsaylı "molodeslər" desinlər. "Molodes" demişkən, Rauf Arifoğlu Əli Kərimli-Cəmil Həsənli cütlüyünə "Milli Şura"nın Rusiyadan russayağı bərəkallah ala bilib-bilməməsi məsələsi ilə bağlı yazı yazrkən, bunlar daş atıb-başlarını tutdular ki, yox, biz Rusiyanın, yaxud da hər hansı başqa bir ölkənin qaranlıq siyasi dairələrinə satılıb-eləməmişik, xəyanətkar elə bizi - "Milli Şura"nın əsrarəngiz "liderlərini" xəyanətkar adlandıranlardırlar. Yaxalar-başlar cırldı, "sübutlar" ortaya atıldı və s. Amma iki-üç gün sonra "Milli Şura"nın fəxri sədri (!) Rüstəm İbrahimbəyovun məlum neoerməni, ya da proerməni açıqlaması, üstəlik, Krım məsələsində Rusiyanın mövqeyini dəstəklədiyini bəyan etməsi açıq-aşkar hər şeyi ortaya çıxarmış oldu. Bəlli oldu ki, elə Rauf Arifoğlu "molodes" qazanmaq məsələsini düz deyibmiş...
Beləliklə, "Milli Şura"nın "fəxri sədri" ermənipərəstlik, Rusiyameyilli çıxışları ilə sübut etdi ki, onun qurumdakı dostları olan Əli Kərimli, Cəmil Həsənli və sairələrinin hamısı məhz onun düşndüyü kimi düşünür, onun qəbul etdiyi siyasətlə gedirlər. Yəni bu faktdlr!
Ancaq nədənsə, olan-qalan mürəkkəbini də "Azadlıq" qəzetində tükədən, amma nəticədə hər hansı bir gündə Əli Kərimli tərəfindən çölə atılacağının fərqinə varmayan köşədar Şahvələd Çobanoğlu öz yaltqalığını, yalmanlığını davam etdirməkdədir. Çünki elə bilir, ona bu yazılarına görə, ilk əvvəl Əli Kərimli "molodes" deyəcək. Sonra da xarici qüvvələr, erməni lobbisi Şahvələd Çobanoğluya "bravo" deyib, qoltuğunun altına qarpız qoyacaqlar. Amma gəlin görək, axı Şahvələd nəyə görə bu qədər pərgarlanır, az qala özünü yırtıb-dağıdır, utanmadan qarşı düşərgədəki vətənsevər həmkarlarına "yaltaqlar" damğasını vurmağa çalışır. Hansı ki, alacağı cavabın ona nə qədər dərin şəkildə sirayət edəcəyini bilə-bilə... Elə isə, bizlərdə deyildiyi kimi, al gəldi, Sahbülüd! "K statyi", Şahbülüd də elə Şahvələd deməkdir nə qədər qəribə səslənsə də...
Sarı əlooo, qırmızı əlooo...
Şahbülüd demişkən, xatırlqadım ki, bu adı "Mozalan" satirik telejurnalında hörmətli aktyorumuz İlham Əhmədov (indi İlham Namiq Kamal-R.R.) şəkib. SSRİ dövrü Sumqayıt şəhərində fəaliyyət göstərən kimya zavodları və s. kimyəvi xarakterli digər müəssisələr şəhərin ekologiya tarazılığını kökündən pozur, zəhərli hava kütləsi insanların ciyərlərinə o qədər hopurdu ki, onlar təmiz hava udduqda, onlara qəribə gəlirdi. Həmin o Şahbülüd də bir gün kurorta gedir, ancaq hava limanından geri qaytarılır. Təcili tibbi yardım ona kömək edə bilmir. Zəhərli havası çatmayan xəstə daim Şahbüldü çağırır. Nəhayət, zəhərli tüstü ilə işləyən bir motosiklet gəlir xəstəxananın qapısı ağzına və Şahbülüd həmin tüstünü bol-bol tüstülədir xəstəyə. Bununla da xəstə sağalır.
Həmin bu Şahvələd Çobanoğlu məhz nökərçilik, yaltaqlıq, yalmanlıq etdiyi xarici dairələr qarşısında Şahbülüdlük rolunu oynayır. Özü də rəngarən şəkillərdə. Sarı, qırmızı, mavi... Lap həmin o Mozalandakı kimi, sarı əlooo, qırmızı əlooo...
Azərbaycanda keçirilən I Avropa Oyunlarının çoxsaylı müsbət tərəflərinə kölgə salmaqdan ötrü, oyunlara qara yaxmaqdan ötrü öz zəhərli havasını buraxaraq, ətrafa zəhər yayır. Təbii ki, bu zəhərli havanı ondan tələb edən ağaları var. Onlar da təmiz havaya alışqan olmadıqları üçün, Əli Kərimlinin Şahbüldülərindən yararlanırlar. Amma bir gün həmin zəhərli hava birdəfəlik yığışdırılacaq. Bax onda Şahvələdin Şabülüdlüyü də sona çatacaq. Yaltaqlıq etmək üçün isə bir çarə tapılmayacaq. Axı mürəkkıbi də bitmiş olacaq binəvanın...
Şahbülüd burada da yanılıb
Bəli, bütün bunlar təəssüf ki, bir gerçəklikdir. Azərbaycanın əldə etdiyi qələbələrin, real inkişaf amilinin qarşısını ən axrıncı yollarla almağa çalışılan üzücü gerçəklik. Ona görə üzücü ki, erməni deyəni, erməni təkrarlayanı bu Şahbüldülər də azərbaycanlı (artıq onların azərbaycanlı qanı daşımaları ciddi şəkildə araşdırılmalıdır. Hər halda Əli Kərimli buna "irqçilik" deməz. Çünki irqçinin ən yekəsi də onun özüdür-R.R.) olaraq təkrarlayır, bu da azmış kimi, üstünə beşini də qoyub, qaytarır erməni dədə-nənələrinə!
Bunun xoşuna gəlmir ki, hər hansı bir ağır, müalicəsi yalnız xarici ölkədə mümkün olan xəstə insan Zaurun verlişində xeyriyyəçidən, ya da xeyriyyəçilərdən dəstək alır (??!!). Burada pis nə var ki? Ölkəmizdə humanizm dəyərləri uzun əsrlərdən bəri formalaşıb, xalqımız hər zaman bu kimi məsələlərdə yekdil olub. Amma gəlin baxaq görək ki, Şahbülüd nə yazır? Sən demə Azərbaycanın qələbəsi, inkişaf və tərəqqi zəfərləri "xalq üzərindədir", ona görə də xəstələr Zaurun verlişinə gedir...İndi nə ad verəsən bu cür düşük, rəzil və ucuz məxluqatların mövcud "dərrakələrinə" ki, digərlərinin də xoşuna getsin?! Bəli, Əli Kərimlinin yanında zəhərlənən Şahbülüddən yalnız bu cür aşağılıq gözləmək olar.
Guya bütün Avropa ölkələrində Avropa standartına uyğun səhiyyə xidməti var, amma Azərbaycanda yoxmuş. Adamdan (adamdan haa!) soruşarlar ki, əgər fransız gedib Almaniyada müalicə alırsa, norveçli gedib İsveçdə həkim müayinəsindən keçirsə, finlandiyalı Danimarkada, hollandiyalı İsveçrədə, ingilis İspaniyada maliyyə xərəcli çəkib həkimlərə ayaq döyürsə, demək, həmin ölkələrdə tibbi sığorta yoxdur? Əlbəttə ki, Şahbülüd burada da yanılıb. Ona görə də azərbaycanlıların xarici ölkəlrədə müalicəyə getmələrinin onun iddiaları ilə heç bir əlaqəsi yoxdur. Sadəcə o, utanmadan ictimai rəyi eşşək yerinə qoymağa çalışır, amma özünün eşşəyin ta kəndisi olduğunun fərqinə varmır belə!
Mən hələ ölkəyə yeni avtobusların, metro qatarlarını gətirilməsi ətrafında aparılan Şahbülüdsayağı digər boş-boş mülahizələri demirəm...
Nə isə, Şahbülüd belə Şahbülüddür, ona görə də Allah əgər yazığı gələrsə, Əli Kərimlinin Şahbülüdlərinə ağıl və dərrakə versin, amin!
Rövşən RƏSULOV