PDF Oxu

Siyasət

  • 11

SÖZÜN QISASI

SÖZÜN QISASI

******

"Azadlıq" qəzeti hələ də and-aman, dil-qəsəm edir ki, nə qəzet, nə də onu idarə edən AXCP sədri Əli Kərimli və onun "Milli Şura" adlı satılmışlar məntəqəsinin icraçı direktoru Cəmil Həsənli heç də xarici dairələrə işləmir və s. Amma o biri tərəfdən də məntəqənin "fəxri" icraçı direktoru Rüstəm İbrahimbəyov da deyir ki, o, erməniləri özünə düşmən hesab etmir, üstəlik, Krım da Rusiyanın torpağıdır. Əgər bu kimi çıxışlar edən kəs "Milli Şura" məntəqəsinin rəsmilərindən biri hesab olunursa, bu zaman Əli Kərimliylə Cəmil Həsənli niyə bu qədər narahat olub, guya antirusiyaçı olduqlarını "Azadlıq" qəzetində dəridən-qabıqdan çıxaraq izhar edirlər? Çox və çox yəqin ki, bu sual da cavabsız qalacaq.

******

Əli Kərimli gecə-gündüz yatmayıb xarici mətbuatı izləyir ki, orada hansısa erməni çaqqalının əniyi Azərbaycan əleyhinə nə isə yazsa, dərhal onu öz mətbu orqanında çap etdirsin. Əcəbdir, vallah, bəs erməniyə kim işləməlidir axı? Bu qədər pul xərcələyib-tökürlər Əli Kərimlinin qabağına ki, oğul-uşaqlarını Londonda keflə yaşatsın, arvadı da onun "şotuna" fırlansın...

Əgər özündə bir balaca şərəf və namus hiss edirsə, Əli Kərimli xarici mətbuatda Azərbaycanla bağlı dərc olunan müsbət xarakterli məqalələrin heç olmasa bircəciyini "Azadlıq"da dərc etdirib, ermənipərəst olmadığını bununla sübuta yetirsin. Etməz axı! Bunun üçün adamda şərəf, namus, ləyaqət, mənəviyyat və kişilik heysiyyatı olmalıdır. Amma o, bütün bunları satıb arvad-uşağının İngiltərədəki kefinə-damağına...

******

Xədicə İsmayılovanın daha bir cinayəti ortaya çıxaraq ifşa olunub. Bəlli olub ki, onun "Azadlıq" Radiosunda apardığı verilşlərin bir neçəsi kənardan maliyyəlşdirilirmiş. Yəni Xədicə burdan-bura radionun yiyələrinə gəliş gəlirmiş. Bu da sənə fakt. İndi Xədicənin həbs olunmasının əsas baiskarı kimi hakimiyyəti göstərənlər getsinlər "Azadlığ"ın Praqadakı baş ofisindəki rəhbərliyin boğazından yapışsınlar ki, nəyə Xədicəni tutdurmusunuz? Bəs nə bilmişdiniz, Xədicə elə-belə yoğunlamamışdı ki, arıqlayıb qurusun...

******

RATİ-nin rəhbəri Emin Hüseynovun CNN-ə verdiyi müsahibəsi bir daha sübuta yetirdi ki, bu adamı Vətən, millət, ölkə, dövlət marağı heç vaxt maraqlandırmayıb. Çünki maraqlandırsaydı, dövlət maraqlarını sataraq qazandığı pulların hesabatnı verər, vergisini ödəyər və s. prosedurları icra edərdi. Amma pulu-paranı dövlət marağından artıq tutaraq, 10 ay xarici səfirlikdə enləndi, indi də İsveçrənin içində oturub, oranı özünə Vətən hesab edir, ABŞ hərbisində işləyən (hətta işlədilən) arvadını yanına çağırır, qardaşı- QAŞIQIRXIQ düşüyü də İsveçrədə görmək istədiyini deyir. Nə deyəsən belə ŞƏRƏFSİZLƏRƏ!

RÖVŞƏN