PDF Oxu

Siyasət

  • 14

(SİLSİLƏ YAZI) Almaniyanın "Dördüncü Reyx" arzuları

(SİLSİLƏ YAZI) Almaniyanın "Dördüncü Reyx" arzuları
Hegemonluq eşqindən doğan antidemokratiya və nasizim ideologiyasının doğuşu

İkinci Dünya müharibəsi tarixini yenidən araşdıraraq, "Üçüncü Reyx" Hitler Almaniyasının tanıdılmasına düşünürük ki, elə də ehtiyac yoxdur. Bu barədə kifayət qədər danışılıb, qeydlər aparılıb və tarix də təbii ki, heç nəyi unutmur...

Angela Merkel "Hitler yaşayıb, Hitler yaşayır, Hitler yaşayacaq!" prinsipini gizli şəkildə bir şüar etalonu kimi qəbul edib

Ancaq nəyə görə məhz Almaniya mövzusuna toxunduq? Niyə məhz Almaniya və "Üçüncü Reyx" amili məsələsi növbəti dəfə qabardılır? Əslində, bu sualın cavabı belədir - müasir Almaniya heç də Hitler Almaniyasını özünün qaranlıq səhifəsi hesab etmir. Çünki bu günün Almaniyasının özündə "Üçüncü Reyx" çalarlarının əksi tam çılpaqlığı ilə "göz qamaşdırır". İqçilik faktoru, dünyaya, beynəlxalq aləmə iqtisadi diktə etmək həvəsi, antisemitizm və islamofobiya dirçəlişi və s. bu kimi bənzər olaylar sanki "Üçüncü Reyx"in davam etdiyini, hətta inkişaf edərək, "Dördüncü Reyx"ə çevrildiyini göstərir. Və əgər bu görünürsə, hiss olunursa, proqnozlaşdırılır, ehtimal edilirsə də belə, artıq deyilənlərin reallığa çevrilməsi istiqamətində işlərin aparılmasını istisna etmək olmaz. İstisna etmək olmaz ki, bir sıra dünya dövlətlərinə - xüsusilə, yeni müstəqllik əldə etmiş ölkələrə, inkişaf edən və tərəqqi yolunu tutan ölkələrə qarşı diktə, hökm, hücum, təzyiq dili ilə danışmaq həvəsinin get-gedə artması arxasında da "Üçüncü Reyx"in "Dördüncü Reyx"ə çevrilməsi planı dayanır.

Bəli, istisna etmək olmaz ki, Almaniyanın kansleri Angela Merkel "Hitler yaşayıb, Hitler yaşayır, Hitler yaşayacaq!" prinsipini gizli şəkildə bir şüar etalonu kimi qəbul edib, indi də onu reallaşdırmağa, özü də tez, qısa zaman kəsiyində reallaşdırmağa çalışır. Ona görə də ilk olaraq, müstəqil, güclənən və qüdrətli Azərbaycan kimi ölkəni hədəf seçir. Bu, yenə də Adolf Hitlerin İkinci Dünya savaşında "Bakı tortu" üzərinə şokoladdan hazırlanmış faşist svastikası yerləşdirməsinə bənzədi. Bəli, indi də Angela Merkel hakimiyyəti demək olar ki, eyni məqamdan çıxış edir, Azərbaycanın yeraltı-yersütü sərvətlərinə göz dikərək, Almaniyanın iqtisadi və s. marağını təzyiq dili ilə yürütməyə çalışır. Düzdür, indi ötən əsrin 40-cı illərindən fərqli olaraq, dünyada sivil mübarizə metodları yaranır. Amma kimsə vəd verə bilməz ki, həmin sivil texnologiyalar sabah barbarlıq texnologiyaları ilə əvəzlənməsin...

Hansı ki, Azərbaycanla Almaniya arasında yaradılan tarixi əməkdaşlıq səmimi dostluq üzərində qurulub

Bəli, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizlə Almaniya arasında da tarixi yaxınlaşma oldu. İqtisadi və s. sahələrdə qarşılıqlı əməkdaşlıq sonradan daha da gücləndi və inkişaf etdi. Bu gün də belədir. Hətta Dağlıq Qarabağ məsələsində Almaniya dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəklədiyini bəyan edib. Almaniya dəfələrlə ən yüksək səviyyədə Azərbaycanın ərazi bütövlüyünə öz dəstəyini ifadə edib. 2004-cü ildə bu ölkənin prezidenti Horst Keller bildirib ki, "Almaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və onun bu mövqeyi dəyişməz qalır". Almaniyanın kansleri Gerxard Şreder isə Almaniyanın Azərbaycanın tərəfdaşı olduğunu vurğulamaqla onun "ərazi bütövlüyünü tanıdığını və böyük hörmətlə yanaşdığını" deyib. Almaniya Bundestaqı Federal Şurasının 14 may 2010-cu il tarixli "Cənubi Qafqazda təhlükəsizlik, sabitlik və güclənmə" adlı qətnaməsində isə qeyd edilib ki, "Almaniya beynəlxalq hüququn dövlətlərin razılığı olmadan onların sərhədlərinin dəyişdirilməsinin yolverilməzliyini ehtiva edən əsas prinsiplərini dəstəkləyir".

Bu tarixləri çox sadalamaq olar və təbii ki, büyün bunlar bizim üçün, Azərbaycan xalqı və dövləti üçün xoşdur. Çünki ədalətli mövqe hər yerdə ən ali məqamlarda dayanır.

Ancaq təəssüf ki, ədalətli mövqe yavaş-yavaş qeyri-ədalətli mövqe ilə əvəzlənməyə başlayıb. Bu isə bilavasitə hazırkı Almaniya hökumətinin aşkar qərəzi ilə bağlı olan bir danılmaz, inkaredilməz faktdır!

Xatırlayırsınızsa, hələ Bakı "Eurovision" yarışlarına hazırlaşdığı bir dönəmlərdə Almaniya ciddi-cəhdlə Azərbaycan dövlətinə qarşı qərəzli mediakampaniyaya start vermişdi. Bu ölkənin demək olar ki, bir çox media qurumları, dərgi və nəşrləri, qəztləri, radio və televiziya qurumları haradan, necə gəldisə Azərbaycana qarşı zərbələr endirməyə çalışır, guya ölkjəmizdə demokratiyanın boğulduğunu, insan haqlarının pozlulduğunu əsas gətirib siyasi maraqlarını yürütməyə cəhdlər göstərirdi. Fəqət, "Eurovision" da baş tutdu, Avropa ölkələri bu müsabiqədə iştirak etdi, dünya Azərbaycanı, Bakını inkişaf ölkəsi, inkişaf paytaxtı kimi qiymətləndirdi. Reallıq, fakt və dəlillər ortada ola-ola, Almaniyanın qərəzi arxasında dayanan qaranlıq məqsədlər isə bir daha üzə çıxdı. Təzyiq nəticəsində siyasi iqtisadi maraqları təmin etmək! Bununla da Azərbaycanı asılı vəziyyətə gətirmək. Amma alınmadı, baş tutmadı. Çünki Azərbaycan heç də Almaniya hökumətinin dişinin bata bilmədiyi bir ölkədir. Hətta diş kökü möhkəm olan Almaniya istədiyini etsəydi, o dişini sındıra da bilərdi...

Birinci Avropa Oyunları "reyxpərəstlər" üçün daha bir "fürsət" oldu

Beləliklə, I Avropa Oyunları kontekstində Azərbaycan haqqında yayılmış qərəzli məlumatları ölkəmizə qarşı aparılan qarayaxma kampaniyası kimi istifadə edən Almaniya hökuməti media qurumlarına verdiyi təlimatlarını davam etdirməkdədir. "Dördüncü Reyx" missiyasını həyata keçirən Bundestaq isə nədənsə həmin mediaları qərəzli olmamağa çağırması yerinə, özü onlara bu stimulu verir. Hətta deyə bilərik ki, Birinci Avropa Oyunları "reyxpərəstlər" üçün daha bir "fürsət" oldu. Media ilə yanaşı, Almaniyada fəaliyyət göstərən fondlar, QHT-lər, insan hüquqları təşkilatları eyni "məntiqdən" çıxış edərək, sanki bir-birindən köçürdükləri bəyanatları, hesabatları ard-arda dünya ictimaiyyətinə çatdırmağa çalışırdılar. Söz yox ki, Merkel hakimiyyətinin "Reyx" maraqlarını reallaşdıranlara dəstək kimi, adını Azərbaycan müxalifəti qoyan AXCP, "Milli Şura", Müsavat partiyaları da çıxış etməyə başladılar. Gah boykot, gah da aksiyalar vasitəsilə "hədyanlar" edən ucuz və cılız müxalifət bununla daha da biabırçı vəziyyətə düşdü. İctimai rəyin müxalifətə olan maraqsızlığı, sönük mitinqlərlə əvəzləndi. Gözdən pərdə asmaq kimi qaldırılan Avropa İttifaqı bayraqları da işə yaramadı.

Avropa mədəniyyəti Avropa vəhşiliyi ilə əvəzlənir - Almaniyanın sayəsində

Amma Almaniya mətbutaı Merkelin "Reysxskanselyariyası" qismində Azərbaycanı həyasızcasına Afrikanın ən geridə qalmış ölkələri ilə müqasiyə etdi!!!

Buna isə Avropa mədəniyyəti demək qeyri-mümkündür. Hətta deyə bilərik ki, bu cür qərəzlər artıq Avropa mədəniyyətinin Avropa vəhşiliyinə çevrilməsinin acı nəticələridir. Təbii ki, daha çox burada Almaniyanın "zəhməti" dayanmaqdadır.

Maraqlı və düşündürücüdür ki, bu gün Azərbaycanda - Bakıda keçirilən I Avropa Oyunlarında iştirak edən alman idmançılar öz ölkələrinə geri döndükdən sonra alman mediası onları sorğu-suala tutduqda, onların üzlərinə yalan danışdıqlarına görə tüpürəcəklərmi? Bunu zaman göstərəcək hər halda...

Çünki ölkəmizin ünvanına səsləndirilən tənqidi fikirlər faktlara deyil, uydurma və ya natamam, qərəzli məlumatlara əsaslanır, ölkəmiz haqqında müsbət məqamlar isə gözardı edilir, ya da onlara ötəri münasibətlər bildirilir. Qeyri-obyektivlik məsələsində xüsusi pərgarlıq göstərən Almaniya hökuməti bu da azmış kimi, hətta Azərbaycana "dərs keçmək" siyasi həyasızlığnı da nümayiş etdirməyə çalışır. Amma bu, növbəti fiasko ilə nəticələnir. Buz bunu elə Almaniya mətbuatının qərəzli, şantajçı və böhtançı informasiyalarındakı ştrixlərindən də görməkdəyik. Biz görürük, amma onlar ortada olan real inkişaf və tərəqqi faktorunu onlara nökərçilik edən ənənəvi müxalifət "liderləri" kimi görmürlər. Buna isə siyasi korluq deyilir.

(Ardı gələn sayımızda)

Rövşən NURƏDDİNOĞLU