PDF Oxu

Siyasət

  • 6

"Azadlıq" Radiosundakı yoxlamaların şok nəticəsi!

"Azadlıq" Radiosundakı yoxlamaların şok nəticəsi!
"Xədicə İsmayılın kənar maliyyə qaynaqlardan radioya cəlb etdiyi vəsaitləri özünə yaxın çevrə ətrafında bölüşdürdüyü ortaya çıxıb"

ABŞ dövlət büdcəsindən maliyyələşən, bu dövlətin xüsusi xidmət orqanlarının əsas media güclərindən biri olan "Azadlıq" radiosunun Azərbyacan xidməti haqqında bu dəfə yeni məlumatlar ortaya çıxıb. Belə ki, "Azadlıq" Radiosunun Azərbaycan xidmətinin rəhbəri Kənan Kazımoğlu tutduğu vəzifədən azad edilib. Kənan Kazımoğlunun işdən azad edilməsinə səbəb kimi radionun baş ofisinin Azərbaycan xidmətində apardığı yoxlamalar göstərilir. Yoxlamalar nəticəsində xidmətin radionun iş prinsiplərini pozduğu, nizamnaməyə əməl etmədiyi ortaya çıxıb. Bakı bürosunun rəhbəri Xədicə İsmayılın həbsindən sonra diqqət mərkəzinə gələn Azərbaycan xidmətində yoxlama aparılması təşəbbüsü isə radionun keçmiş əməkdaşlarından birinin şikayətindən sonra yaranıb. Bakı bürosu bağlanandan və büro rəhbəri həbs ediləndən sonra ölkəni tərk edərək baş ofisin yerləşdiyi Praqaya gedən və rəsmi qaydada Çexiya hökumətindən sığınacaq istəyən əməkdaş Bakı bürosunun son illərdəki fəaliyyəti ilə bağlı tənqidi mövqedə olub. Onun şikayətində büronın keçmiş rəhbəri Xədicə İsmayılın işçilər arasında təfriqə yaratdığı, ayrı-seçkilik saldığı, kənar maliyyə qaynaqlardan radioya cəlb etdiyi vəsaitləri özünə yaxın çevrə ətrafında bölüşdürdüyü ortaya çıxıb. Radioya kənar maliyyənin cəlb edilməsi nizamnaməyə ziddir. Belə ki, Azad Avropa və Azadlıq Radiosunun Nizamnaməsinə görə, qurumun fəaliyyəti istisnasız olaraq ABŞ dövlət büdcəsindən maliyyələşir və reklamlar da daxil olmaqla hər hasnı kənar maliyyə qəbul edilməsi yasaqdır.

"Kənan Kazımoğlu zamanında müdaxilə edərək qanunsuz məqamların aradan qaldırılması yerinə özü prosesin iştirkçısına çevrilib"

Araşdırmalar zamanı ortaya çıxıb ki, Azərbaycan xidməti və Bakı bürosu bir neçə verilişi kənar qaynaqlardan maliyyə cəlb edilməsi əsasında hazırlayıb. Həmin verilişlər bir neçə il efirdə olduğu üçün söhbətin ciddi məbləğlərdən getdiyi aydındır. ABŞ-ın və Avropanın dəstək fondlarından, maliyyə institutlarından cəlb edilən vəsait "Azadlıq" Radiosunun Bakı bürosunun hesabına rəsmi qaydada daxil olub. Sonrakı mərhələdə isə şəffaflıq pozulub. K.Kazımoğlunun işdən uzaqlaşdırılmasını tələb edənlərin arqumenti bu haqda ona dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq onun heç bir tədbir görməməsidir. Radio rəhbərliyi hesab edib ki, Kənan Kazımoğlu zamanında müdaxilə edərək qanunsuz məqamların aradan qaldırılması yerinə özü prosesin iştirkçısına çevrilib. Onun vəzifə məsuliyyətini dərk etməməsi böyük problemlər yaradıb.

"Maliyyə fırıldağında adı çəkilən işçilər ölkədən qaçıblar"

Xatırladaq ki, K.Kazımoğlu Amerika Birləşmiş Ştatları vətəndaşıdır. O, reportyorluğa "Azadlıq" qəzetində başlayıb. 1997-ci ilə ABŞ-ın Milli Demokratiya İnstitutunun Bakı bürosunun o zamankı rəhbəri Coanna Levinsonla ailə quraraq Vaşinqtona köçüb. K.Kazımoğlu Azərbaycan xidməti ilə Mirzə Xəzərin rəhbərliyi dönəmindən əməkdaşlığa başlayıb. Xidmətin Mirzə Xəzərdən sonrakı rəhbəri Abbas Cavadinin müavini olub. Abbas Cavadi baş ofisdə vəzifəyə dəvət edildikdən sonra – 2008-ci ildə Azərbaycan xidmətinə Kənan Kazımoğlu rəhbərlik edirdi.

Əldə olunan informasiyalara görə, "Azadlıq" Radiosunun baş ofisinin başlatdığı araşdırmalar davam edir. Yoxlamanı çətinləşdirən məqamlardan biri Bakı bürosunun maliyyə məsələlərinə məsul əməkdaşı da daxil olmaqla, bir sıra işçilərinin Azərbaycandan getməsidir. Hələlik Kənan Kazımoğlu Azərbaycan xidmətində layihə rəhbəri təyin edilib. Onun sentyabr ayında müəllif proqramı ilə efirə çıxacağı gözlənilir. Azərbaycan xidmətinin rəhbəri vəzifəsi isə müvəqqəri olaraq İlkin Məmmədova tapşırılıb. İlkin Məmmədov Azərbaycan vətəndaşıdır, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib, 2008-ci ildə Praqada Azərbaycan xidmətində çalışır.

Qeyd edək ki, "Azadlıq" Radiosunun Azərbaycan xidmətində baş verən qanunsuz məqamlar ABŞ administrasiyasının xüsusi diqqətindədir.

Samir