Politoloq: "Ermənilər azərbyacanlılara qarşı vəhşiliklər törədəndə, Rüstəm İbrahimbəyovun başı kino lentlərinə qarışıbmış..."
Rüstəm İbrahimbəyovun "The New Times"a müsahibəsində "biz ermənilərlə düşmən deyilik və mütləq barışacağıq" fikri siyasi partiyaların, ictimaiyyətin kəskin qınağına səbəb olub.
BAXCP sədrinin siyasi və ictimai məsələr üzrə müavini Niyaməddin Orduxanlı bildirib ki, Rüstəm İbrahimbəyov və adını "Milli Şura" qoyan təşkilatda olan şəxslər milli satqınlardır: "Rüstəm İbrahimbəyov və "Milli Şura"da olan Əli Kərimli, Cəmil Həsənli Azərbaycan xalqının milli maraqlarını öz şəxsi maraqlarına satmış adamlardılar. Rüstəm İbrahimbəyov utanmadan bu gün mətbuatda deyir ki, "biz ermənilərlə düşmən deyilik və mütləq barışacağıq". 30 min vətəndaşımızı qətlə yetirən, Azərbaycanın faktiki ərazisinin 20 faizini işğal etmiş, bir milyon vətəndaşını öz evindən didərgin salmış və tarix boyu Azərbaycan dövlətinə və onun xalqına qarşı düşmənçilik edən erməni xalqı neçə düşmən ola bilməz?! 31 mart, Xocalı soyqırımı və digər dəhşətli faicələri bizə yaşadan ermənilər düşmən deyil, bəs nədir?! İndiyə kimi bir erməni görmədik ki, çıxıb desin, türklər bizim düşmənimiz deyil. Görünür, ermənilər "Milli Şura"da təmsil olunanlar üçün düşmən deyil. 2013-cü ildə Rüstəm İbrahimbəyovun rəhbərliyi ilə "Milli Şura" adı qoyulan bu təşkilatı Azərbaycan hakmiyyətinə təzyiq etmək üçün Rusiya yaratmışdır. Və nəticə etibarilə heç nəyə nail ola bilmədilər. Bu gün də onların cəmiyyət arasında nüfuzu və hörməti yoxdur. Cəmil Həsənli bu yaşına kimi 3-4 partiya dəyişib. Ancaq şəxsi maraqlarını güdüb. Əli Kərimli də Azərbaycan siyasətinin üz qarasıdır. Xəyanət etmədiyi adam qalmayıb. O, siyasətin xəyanət simvoludur. Bu cür adamlar təbii ki, erməniləri düşmən kimi görmürlər. Satqınların milli kimliyi olmur. Rüstəm İbrahimbəyov erməni diasporu və onları müdafiə edən şəxslər üçün yaxşı təbliğat vasitəsi yaratdı. Ermənilər bundan da istifadə edəcəklər. Bütün dünyaya göstərəcəklər ki, baxın, Azərbaycanda müxalifət qurumunun rəhbəri olan İbrahimbəyov erməniləri düşmən kimi görmür".
Politoloq Vüqar Əsgərov R.İbrahimbəyovun bu fikrinin arxasında xüsusi maraqların dayandığını bildirib: "O, bu fikri özbaşına demir. Ümumiyyətlə, fikir vermişdinizsə, R.İbrahimbəyov hələ "Milli Şura"nın sədri olan dönəmdən sırf erməni mövqeyindən, daha çox düşmənlərimizin tələblərinə cavab verən mövqedən çıxış edib. Bu fikir onu göstərir ki, R.İbrahimbəyov ermənilərin təbliğat maşınının bir hissəsidir. Necə ola bilər ki, zaman-zaman millətimizə faciələr yaşadan ermənilər bizim düşmənimiz hesab edilməsin? Görünür, ermənilər azərbyacanlılara qarşı vəhşiliklər törədəndə, R.İbrahimbəyovun başı kino lentlərinə qarışıbmış. Azərbyacanda elə bir ailə yoxdur ki, o ailə və yaxud həmin ailəyə yaxın kimsə ermənilərin vəhşiliklərindən ziyan görməsin. Hamımızın şəhidlərimiz var, bir milyon insanımız qaçqındır, torpaqlarımız işğal altındadır. İşğla altında olan torpaqlarımızda yaşayan erməniləri bizə dost hesab etmək, sadəcə axmaqlıqdır. Əgər erməni rəhbərləri pis, erməni xalqı yaxşıdırsa, o zaman niyə gedib Şuşada, laçında yaşayırlar? Məgər dədə-babalarımızın qəbirlərini dağıdıb yerində özünə ev, məktəb, kilsə, dükan tikən erməni xalqının nümayəndələri deyillər?"
Poltoloq onu da qeyd edib ki, R.İbrahimbəyov kimilər ermənilərin əlaltısı kimi zaman-zaman ürək bulandırmaqla gündəmi zəbt etmək istəyəcəklər: "Ancaq biz bu tip insanların, milli ləyaqət hissindən məhrum olan R.İbrahimbəyov kimilərin sözlərini ciddiyə almamalıyıq. O, əvvəl nə edə bildi ki, indi də nə edə bilsin".
Samir