"Bakı 2015" Avropa Oyunları Azərbaycanın həm taktiki, həm də strateji olaraq dövlət maraqlarına uyğundur". Bunu SİA-ya "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev "Bakı-2015" I Avropa Oyunları ilə bağlı "Azadlıq" qəzetinin təxribatçı əməllərinə münasibət bildirərkən deyib.Baş redaktorun sözlərinə görə, sözügedən oyunlar bizim bütün böyük problemlərimizin dünya miqyasında həllinə daha yaxşı şərait yaratmaqda böyük rol oynayıb: "Ona görə də bu gün kimlərinsə hansı I Avropa Oyunlarının əleyhinə çıxış etməsi dövlətin, xalqın və bizim prespektiv inkişafımızın əleyhinə getməsi deməkdir. Təbii ki, bunun üçün də hər kəs tarix qarşısında cavab verəcək. Bildiyiniz kimi, tarixin süzgəcindən sağ-salamat keçmək heç də hamıya nəsib olmur. Bu gün kim I Avropa Oyunlarına qarşı hansı münasibəti bəsləyirsə, tarixdə elə o adla da qalacaq. Pisi pis, yaxşısı yaxşı qalacaq. Əlbəttə, bu gün ilk Avropa Oyunlarına qarşı çıxış edənlərin sərgilədiyi mövqe Azərbaycana olan düşmən mövqedir".
sia.az